Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Sabahdan etibarən ilkin donorlardan plazmaların alınıb pasportlaşdırılmasına başlanılacaq

Azərbaycanda koronavirusdan sağalmış şəxslərin plazmasının əldə olunması və ağır xəstələrə tətbiqi üzrə fəaliyyətə başlanılıb. Milli Hematologiya və Transfuziologiya Mərkəzinin baza­sında xüsusi proqram və Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) yanında yaradılmış elmi komitədə müzakirə edilmiş və qəbul olunmuş xüsusi proqramla donorların müayinəsi aparılır.

Donorların digər infeksiyalara görə müayinəsi tamamlanıb. Sabahdan etibarən ilkin donorlardan plazmaların alınıb pas­portlaşdırılması nəzərdə tutulur. Beləliklə də tələbata uyğun olaraq mərkəzdən, qərargahdan idarə olunmaqla plazmanın ağır xəstələrə tətbiqinə başlayacağıq.

AZƏRTAC xəbər verir ki, bunu TƏBİB-in İdarə Heyətinin sədri Ramin Bayram­lı Nazirlər Kabineti yanında Operativ Qərargahın mətbuat konfransında deyib.

O, həmçinin bildirib ki, ötən həftə ailə üzvləri ilə birlikdə yoluxmuş və Mərkəzi Neftçilər Xəstəxanasında müalicə alan 92 yaşlı qadın da müalicəsini tamamlayıb: “Biz onu sağlam şəkildə evə yola salmı­şıq. Bu yaşda xəstənin müalicəsində tətbiq olunan metodlar və həkimlərin fədakarlığı tibbi xidmətin keyfiyyətinin və tətbiq olunan müalicənin adekvatlığının göstəricisidir. Hazırda ayrı-ayrı müəssisələr üzrə ağır xəstələrin müalicəsi də davam etdirilir".

2 May 2020 04:29 - XƏBƏRLƏR
XƏBƏRLƏR
11 Avqust 2021 | 09:08
Neft ucuzlaşıb

Köhnə versiyamızdan xəbərləri izlə