Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Ramin Bayramlı: Koronaviruslu pasiyentləri vaxtında aşkar etmək imkanına malikik

Hazırda dünyada 3 milyon 321 nəfər COVID-19 virusuna yoluxub, 234 min 399 nəfər vəfat edib. Bu, problemin hansı səviyyədə və hansı sürətlə davam etdiyi­nin göstəricisidir.

AZƏRTAC xəbər verir ki, bunu Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBIB) İdarə Heyətinin sədri Ramin Bayramlı Nazirlər Kabineti yanında Operativ Qərargahın mətbuat konfransın­da deyib.

R.Bayramlı bildirib ki, bu həftə Azərbaycanda avtomatlaşdırılmış laboratoriyaların sırasına Heydər Əliyev Fondunun dəstəyi ilə təchiz edilmiş Sumqayıt şəhərinin 1 nömrəli xəstəxanasının laboratoriyası da daxil edilib: "Bununla da böyük şəhərlərimizin hamısı, logistika xəritəsinə uyğun olaraq ölkəmizin bütün bölgələri müasir labora­toriyalarla təmin olunub. Ötən müddət ərzində koronavirusun müəyyənləşdirilməsi məqsədilə təxminən 150 minə yaxın test icra edilib. Testləri pozitiv çıxanların yaxın təmasda olduqları şəxslər xüsusi metodla müəyyən edilərək onların da müayinələri aparılıb.

Həmçinin bütün məlumat bazası elekt­ronlaşdırılıb. İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin e-təbib məlumat bazası həm labo­rator göstəricilərin, həm də yoluxmuş şəxslərlə təmasda olanların məlumatlarını toplamaq imka­nına malikdir. Biz bu imkanlardan istifadə edərək sürətlə yoluxma hallarını və onlarla təmasdaolma hallarını aşkar edirik və həmin şəxsləri müvafiq müəssisələrə yerləşdiririk. Bununla da yoluxmanın qarşısını alırıq.

Fədakar həkimlərin əməyi sayəsində uğurlu müalicə taktikaları tətbiq edə bilirik. Əldə edilən uğurun əsas meyarlarından birincisi erkən müalicəyə cəlb etməkdir. Pasiyentləri vaxtın­da aşkar etmək imkanına malikik. Bunun üçün infrastrukturumuz və diaqnostik imkanlarımız var. Həmçinin bunun üçün radioloji diaqnostik im­kanlarımız da mövcuddur. Aşkarlanan xəstələrin adekvat, antiviral və digər müalicələri vaxtında başlanılır və süni tənəffüsə erkən qoşulmanın qarşısı alınır".

2 May 2020 04:27 - XƏBƏRLƏR
XƏBƏRLƏR
11 Avqust 2021 | 09:08
Neft ucuzlaşıb

Köhnə versiyamızdan xəbərləri izlə