Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Karantin rejiminin yumşaldılması selektiv yanaşma ilə tətbiq ediləcək

Aprelin 27-dən etibarən ölkədə koronavirusa yoluxanların sayının artımı müşahidə olunur. Hazırda Azərbaycanda iki zidd tendensiya qeydə alınır. Sağalanların sayı yüksəkdir. Həmçinin yoluxanların sayında artım müşahidə olunur. Yəni müsbət və mənfi tendensiyalar paralel inkişaf edir. Lakin həkimlərin fədakarlığı hesabına vəziyyət nəzarət altındadır. AZƏRTAC xəbər verir ki, bu barədə mayın 1-də keçirilən mətbuat konfransında Nazirlər Kabine­tinin mətbuat xidmətinin rəhbəri İbrahim Məmmədov məlumat verib.

“Dünyanın bir çox ölkəsi karantindən çıxma plan­larını açıqlayıb. Nazirlər Kabineti yanında Operativ Qərargah da bu iki ten­densiyanı nəzərə alaraq karantin rejimini mayın 4-dən 31-dək uzatmaq, eyni zamanda, karantin rejiminin yumşaldılması haqqında qərar qəbul edib. Başqa sözlə, ka­rantin rejimi yumşaldılmış formada davam edəcək. Bu yanaşma xəstəliklə mübarizənin vəziyyətinə adekvat bir yanaşmadır. Karantin rejiminin yumşal­dılması selektiv yanaşma ilə tətbiq ediləcək. Yolux­ma hallarının faiz etibarı ilə yüksək olduğu Bakı, Sumqayıt, Gəncə və Lənkəran şəhərlərində və Abşeron rayonunda karantindən çıxma yavaş sürətlə, digər ərazilərdə, yəni yoluxmanın mini­mum olduğu və hətta heç olmadığı yerlərdə yüksək sürətlə həyata keçiriləcək. Beləliklə, ölkə iki kateqori­yaya bölünür və hər birində karantindən çıxma müxtəlif sürətlərlə tətbiq edilir. Buna karantindən iki müxtəlif sürətlə çıxma yanaşması da demək olar”, – deyə İ.Məmmədov qeyd edib.

2 May 2020 04:24 - XƏBƏRLƏR
XƏBƏRLƏR
11 Avqust 2021 | 09:08
Neft ucuzlaşıb

Köhnə versiyamızdan xəbərləri izlə