Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Sumqayıt sənaye baxımından çox uğurla inkişaf edir

Mən humanitar sahədə çalışan ali məktəb müəllimi, mütəxəssis olduğu­ma görə heç zaman iqtisadi məsələlərdən danışmamışam. İndi isə mütləq münasibət bildirmək qərarına gəldim. Çünki haqqında söz açmaq istədiyim fakt son ayların mürəkkəb ab-havası fonunda həqiqətən arzuolunan bir nikbin əhval-ruhiyyə yaratdı. Belə ki, dünyanın bütün ölkələrinin koronavirus bəlası ilə mübarizəni başa çatdırmaq istədiyi, eyni zamanda, istənilən dövlətin öz iqtisadiyyatını pandemiyanın fəsadlarından xilas etməyin yollarını axtardığı günlərdə Azərbaycan dövləti möhtəşəm bir iqtisadi layihənin icrasını başa çatdırdı.

Məlum olduğu kimi, ap­relin 24-də Xızı rayonunun Ağdərə kəndindən Sumqayıt şəhərinə çəkilən magistral qaz kəmərinin açılışı oldu. İlk ba­xışda adi bir tədbir təəssüratı yaradan bu faktın o qədər də sadə olmadığını sübut edən məqamlar çox idi. Açılış mərasimində iştirak edən Pre­zident İlham Əliyevə məlumat verildi ki, indiyədək Sumqayıt şəhərinin əhalisi Qaradağdan gələn 12 düymlük 12 atmosfer təzyiqli xətt vasitəsilə qazla təmin olunurdu. Artan tələbat və digər məsələlər Sumqayıtın qazla təmin olunması üçün müəyyən problemlər yaradırdı. Yəni şəhərdə böyük sənaye sahələrinin yaradılması üçün qaz imkanları məhdud idi.

Ona görə də dövlət başçısının sərəncamı ilə 80 milyon manat vəsait ayrıl­mış və 60 kilometrlik yeni qaz xətti çəkilmişdir. Bu, layihənin icrası imkan verir ki, Sumqayıt–Abşeron sənaye müəssisələri və əhali daya­nıqlı, yüksəktəzyiqli qazla təmin edilsin.

Rəsmi açılış mərasimində çıxış edən Prezident İlham Əliyev xatırlatdı ki, bu kəmər birinci növbədə əhalini təbii qazla təmin etmək işində önəmli addımdır: “Sumqayıtda qazlaşdırmanın səviyyəsi 100 faizdir. Əlbəttə ki, şəhərin bir xəttin üzərində qidalanması müəyyən problemlər yara­da bilərdi, qəza nəticəsində müəyyən problemlər yarana bilərdi. İndi isə bu ikinci xətt həm artan tələbatı ödəyəcək, eyni zamanda, ikinci sığorta layihə kimi sumqayıtlıları təmin edəcəkdir”.

“Son illərdə Sumqayıt sənaye baxımından çox uğurla inkişaf edir”, – deyən dövlət başçımız xatırlatdı ki, burada bir çox önəmli layihələr icra edilibdir: “Sumqayıt Texno­logiyalar Parkı uzun illərdir ki, fəaliyyət göstərir. Burada 10-dan çox zavod fəaliyyət göstərir. Ondan sonra Sum­qayıt Kimya Sənaye Parkı yaradılmışdır. Yüzlərlə hektar torpağı əhatə edən bu böyük ərazidə bütün infrastruktur layihələri, təmizləmə işləri dövlət xətti ilə aparılmışdır və sonra dövlət və özəl sektor orada investisiya qoymağa başlamışlar. Hazırda Sumqa­yıt Kimya Sənaye Parkında bir neçə müəssisənin tikintisi davam edir. Onların arasında əyirici boya fabrikinin tikinti­sini xüsusi qeyd etməliyəm. Çünki bu, bizim xalçaçılıq sənayemizin inkişafı üçün çox önəmli layihədir. Eyni zaman­da, şüşə zavodu da inşa edilir. Biz şüşələri xaricdən idxal edi­rik və bu zavod işə düşəndən sonra artıq idxaldan asılılığı aradan götürəcəyik”.

Xatırladaq ki, bu gün Sum­qayıt Azərbaycanın ekoloji ba­xımdan ən təmiz şəhərlərindən biridir. Çünki burada yaradılmış bütün yeni müəssisələr ekoloji normalara tam cavab verir. Eyni zamanda, şəhərin infrastrukturu yenilənir, abadlaşır, insanlar üçün gözəl imkanlar yaradılır. Bir vətəndaş kimi fəxr edirik ki, Azərbaycanın və Qafqazın ikinci böyük sənaye şəhəri olan Sumqayıt bu gün həm də parklar və bağlar şəhəridir.

Telman HAQVERDİYEV,
Azərbaycan Dövlət Pedaqoji Universitetinin dosenti, fəlsəfə üzrə fəlsəfə doktoru

2 May 2020 04:11 - XƏBƏRLƏR
XƏBƏRLƏR
11 Avqust 2021 | 09:08
Neft ucuzlaşıb

Köhnə versiyamızdan xəbərləri izlə