Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Abşeronda 6 mindən çox sakinə ərzaq yardımı edilib

Respublika ərazisində ko­ronavirus pandemiyası ilə əlaqədar olaraq, karantin rejiminin tətbiq olunduğu gündən ölkəmizin hər yerində olduğu kimi, Abşeron rayonunda da COVID-19 virusunun yayılmasının qarşısının alınması məqsədi ilə profilaktik tədbirlər uğurla davam etdirilir.

Rayonda xüsusi diqqət və qayğıya ehtiya­cı olan insanlara, aztəminatlı ailələrə maddi və mənəvi dəstək göstərilməsi istiqamətində sosial aksiyalar həyata keçirilir.

Qeyd etmək lazımdır ki, Abşeron Rayon İcra Hakimiyyətinin (RİH) təşkilatçılığı ilə keçirilən bu aksiyalara sahibkarlar da qoşulublar. Artıq bu günə qədər Xırdalan şəhəri də daxil olmaqla, rayonun 15 kənd və qəsəbəsinin 6 mindən çox sakininə zəruri ərzaq yardımları edilib.

RİH əməkdaşları, icra nümayəndəlikləri və bələdiyyə üzvləri, eləcə də könüllülərin iştirakı ilə reallaşdırılan xeyriyyə aksiya­ları zamanı sakinlərlə profilaktik söhbətlər aparılıb, Nazirlər Kabineti yanında Operativ Qərargahın tələb və tövsiyyələri onların diqqətinə çatdırılıb.

Rayon sakinləri onlara göstərilən diqqət və qayğıya görə, ölkə rəhbərliyinə, Prezident İlham Əliyevə və Birinci vit­se-prezident Mehriban xanım Əliyevaya dərin minnətdarlıqlarını bildiriblər. Ra­yon ərazisində yaşı 65-dən yuxarı olan vətəndaşların evdən çıxmalarına qadağa tətbiq olunması nəzərə alınaraq, tənha yaşa­yan ahıl şəxslərə ilk növbədə yardımlar edilir.

Qeyd edək ki, Abşeron rayonu üzrə 179 nəfər 65 yaşından yuxarı kimsəsiz, tənha ahıl qeydiyyata götürülüb.

Səməd HÜSEYNOĞLU, “Xalq qəzeti”nin bölgə müxbiri

2 May 2020 04:01 - XƏBƏRLƏR
XƏBƏRLƏR
11 Avqust 2021 | 09:08
Neft ucuzlaşıb

Köhnə versiyamızdan xəbərləri izlə