Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

OPEC+ qərarı qüvvəyə mindi

Hasilatı azaltmaq barədə OPEC+ .ölkələrinin qəbul etdiyi qərar mayın 1-dən qüvvəyə minib. Qərara əsasən bu ilin nay-iyun aylarında hasilat sutkada 9,7 milyon barel, ilin ikinci yarısından, yəni iyul ayından 2020-ci ilin sonunadək hasilat sutkada 7,7 milyon barel, 2021-ci ilin yanvarından 2022-ci ilədək isə hasilat sutkada 5,8 milyon barel azaldılacaq.

Hasilatın azlması ilk gündən dünya bazarında “qara qızıl”ın qiymətinə təsir edib. Londonun “İCE” Birjasının məlumatına görə, “Brent” markalı neftin qiyməti 2,3 faiz artaraq bir bareli 27,7 dollar olub. Nyu-York Əmtəə Birjasının məlumatına görə, Texas sortu adlandırılan ABŞ-ın “WTI” markalı neftinin qiyməti 3,2 faiz artaraq bir bareli 20,3 dollar olub. Azərbaycanın “AzeriLight” markalı neftinin bir bareli isə 20,2 dollara satılır.

Ekspertlər bildiriblər ki, neftin qiymətinin artmasından danışmaq hələ tezdir. Dünya bazarında “qara qızıl”ın qiyməti gah qalxa, gah da enə bilər.

Rusiyanın Energetika naziri Aleksandr Novak isə bildirib ki, neftin qiymətinin sabitliyi ilin ikinci yarısında, yəni iyul ayından sonra gözlənilir.

Qəzənfər QASIMOV, “Xalq qəzeti”

 

 

2 May 2020 04:00 - XƏBƏRLƏR
XƏBƏRLƏR
11 Avqust 2021 | 09:08
Neft ucuzlaşıb

Köhnə versiyamızdan xəbərləri izlə