Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Xəstəliyin asan keçdiyi “açıq qapı”– immun zəifliyi

Onun 5 əlaməti hansılardır?

İnsanlarda immun zəifliyi bir çox xəstəliklərin orqanizmə daxil olması üçün “açıq qapı” sayılır. Mütəxəssislər immunitetin normal və xəstəliklərə qarşı davamlı olub-olmamasını bilmək üçün 5 əlamətə diqqət yetirməyi məsləhət görürülər.

İndiki pandemiya şəraitində hər bir insanın həmin əlamətləri aşkar edib aradan qaldırmağa çalışması önəmlidir. İmmunitetin necə olması isə ilk baxışda insanın xarici görünüşünə baxdıqda özünü göstərir. Birinci olaraq, saçlara, dırnaqlara, dilə baxmaq kifayətdir. Orqanizmdə mikroelement, vitamin, vacib maddələr çatışmadıqda, birinci növbədə dırnaqlar, saçlar zədələnir.

1. Saçlar – əgər onlar parlaq, normal yağlılıqdadırsa, kəpək yoxdursa, asan uzanırsa, ucları sağlamdırsa, tökülmürsə, quru və ya çox yağlı deyilsə, deməli, immunitetiniz möhkəmdir. İnsanın gündə 100 ədəd saç tükü itirməsi normaldır. Əgər saçlarınız dibdən uca kimi xəstədirsə, o zaman immunitetiniz zəifdir. Saçlar üçün daha çox omeqa 3, B 12, B6, D vitamini, dəmir lazımdır. Qanı az olanın da immuniteti zəif olur və bu saçlarda öz əksini tapır.

2. Dırnaqlar – əgər onlar möhkəm, rəngi normal, sədəfi parlaqdırsa, əymək, didmək mümkün deyilsə, immunitet möhkəmdir. Əgər dırnaq laylanıbsa,soyulursa, ağ ləkələr varsa, qırılırsa, deməli, zəifsiniz.

3. Ağız içi – əgər dişlərin çürüyübsə, stomatit, diş ətində qanama, boğazda qızarma, iltihab olursa, dilin üzəri boz, ağ ərplə örtülübsə, immun sisteminizdə problem var.

4. Ağızda pis qoxu – mədə-bağırsaq pozulması, parazitlər, qurdlar, virus və bakterial infeksiyalar bu problemi yaradır. Ağzından gecə-gündüz pis qoxu gələn insanın immuniteti möhkəm ola bilməz. Bu insanın ciddi problemləri var. Xüsusən ishal və ya qəbizliyi olanın immun sistemi yaxşı işləmir.

5. Yuxu pozulbsa immun sistemi zəifdir, əksinə, immuniteti zəif insan yaxşı yata bilmir. 

R.TAHİR,

“Xalq qəzeti”

1 May 2020 11:50 - XƏBƏRLƏR
XƏBƏRLƏR
11 Avqust 2021 | 09:08
Neft ucuzlaşıb

Köhnə versiyamızdan xəbərləri izlə