Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

ABŞ kəşfiyyatı koronavirusla bağlı hesabat hazırlayıb

Koronavirus infeksiyası süni yaradılmış və ya genetik modifikasiya edilmiş infeksiya deyil. Bu barədə ABŞ Milli Kəşfiyyat İdarəsinin mütəxəssislərinin tərtib etdiyi hesabatda bildirilib.

“Associated Press”in dərc etdiyi hesabatda bildirilir ki, buna baxmayaraq, hələ də “razılaşma nəzəriyyəsi” tam olaraq qüvvəsini itirməyib. Amerika xüsusi xidmət orqanları Uhandakı heyvandan ilk yoluxma və ya virusun laboratoriyadan bədbəxt hadisə nəticəsində yoluxmasıyla bağlı bütün versiyaları öyrənir.

Xatırladaq ki, bundan əvvəl ABŞ tərəfi virusun Çindəki laboratoriyalardan birində hazırlandığı iddiasını irəli sürmüşdü. Məlumata görə, daha sonra virus ölkə xaricində yayılıb. Ancaq rəsmi Pekin bununla bağlı bütün ittihamları rədd edir. Həmçinin virusla bağlı dünya ölkələrini zamanında məlumatlandırmadığına dair fikirlərlə razılaşmır. Xatırladaq ki, bu gün dünyada virusa yoluxma sayı 3.2 milyon olub, 229 min nəfər vəfat edib. 

Paşa ƏMİRCANOV,
“Xalq qəzeti”

1 May 2020 10:40 - XƏBƏRLƏR
XƏBƏRLƏR
11 Avqust 2021 | 09:08
Neft ucuzlaşıb

Köhnə versiyamızdan xəbərləri izlə