Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

ABŞ-ın planı hazırdır: Çindən belə qisas alınacaq

ABŞ-ın yuxarı dairələri səviyyəsində koronavirus pandemiyasına görə Çinin məsuliyyətə cəlb edilməsi üçün plan hazırlanır. Bu iddia ilə “Vaşinqton Post” çıxış edib.

Bildirilib ki, Vaşinqtonun əsas məqsədi pandemiyaya görə Pekindən kompensasiya almaqdır.

“Qisas” planında yer alan maddələrdən birində ABŞ-ın Çin qarşısında olan bəzi iqtisadi öhdəliklərdən imtina etməsi nəzərdə tutulur.

Məhz bu planla bağlı artıq ABŞ-ın bəzi yüksək vəzifəli şəxslərinin, o cümlədən xüsusi xidmət orqanlarının iştirakı ilə toplantı da keçirilib. 

Paşa ƏMİRCANOV,
“Xalq qəzeti”

1 May 2020 10:10 - XƏBƏRLƏR
XƏBƏRLƏR
11 Avqust 2021 | 09:08
Neft ucuzlaşıb

Köhnə versiyamızdan xəbərləri izlə