Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Azərbaycanda yeni koronavirus infeksiyasına daha 38 yoluxma faktı qeydə alınıb, 58 nəfər müalicə olunaraq sağalıb

Azərbaycan Respublikasında yeni koronavirus infeksiyasına daha 38 yoluxma faktı qeydə alınıb, 58 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

Bu barədə AZƏRTAC-a Azərbaycan Respublikası Nazirlər Kabineti yanında operativ qərargahdan məlumat verilib.

COVİD-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış, arterial hipertenziya xəstəliyi olan 1951-ci il təvəllüdlü vətəndaş vəfat edib.

Hazırkı dövrədək ölkəmizdə 1804 nəfərin koronavirus infeksiyasına yo­luxması faktı müəyyən edilib, onlardan 1325 nəfər müalicə olunaraq sağalıb, 24 nəfər vəfat edib, 455 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir. Həmin şəxslərdən 17 nəfərin vəziyyəti ağır, 24 nəfərin vəziyyəti orta ağır qiymətləndirilir, digərlərinin səhhəti stabildir.

Ötən müddət ərzində yeni yolux­ma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 143.079 test aparılıb.

1 May 2020 01:31 - XƏBƏRLƏR
XƏBƏRLƏR
11 Avqust 2021 | 09:08
Neft ucuzlaşıb

Köhnə versiyamızdan xəbərləri izlə