Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

“Pandemiya dövründə ədliyyəyə əlçatanlıq” mövzusunda videoəlaqə vasitəsilə onlayn mətbuat konfransı keçirilib

İndiki pandemiya şəraitində vətəndaşların ədliyyə orqanlarına və məhkəmələrə əlçatanlığının asanlaşdırılması məqsədilə Ədliyyə Nazirliyi tərəfindən müasir innovasiyaların tətbiqinin genişləndirilməsi üzrə ardıcıl tədbirlər görülür.

Bu ərəfədə əhaliyə yeni elektron və mobil xidmətlər təqdim olunaraq məhkəmə qərarlarının icrası ilə əlaqədar Vətəndaşlara Xidmət və Sosial İnnovasi­yalar üzrə Dövlət Agentliyi ilə əməkdaşlıqda borcun və digər ödənişlərin on­layn qaydada həyata keçirilməsi imkanı yaradılıb. Həmçinin, mobil notariatın imkanları genişləndirilərək vətəndaşlara yeni – nəqliyyat vasitələrinə sərəncam verilməsinə dair etibarnamələrin elektron qaydada təsdiq edilməsi xidməti istifadəyə verilib, “Elektron məhkəmə” infor­masiya sistemi vasitəsilə məhkəmə proseslərinin videokonfrans şəkildə keçirilməsi məqsədilə xüsusi proqram modulu hazırlana­raq tətbiqinə başlanılıb.

Nazirlər Kabineti yanında operativ qərargahın tövsiyə və qərarlarına uyğun olaraq Ədliyyə Nazirliyində aprelin 30-da “Pandemiya dövründə ədliyyəyə əlçatanlıq” mövzu­sunda videoəlaqə vasitəsilə onlayn mətbuat konfransı ke­çirilib, ədliyyə və məhkəmə fəaliyyətinə əlçatanlığın genişləndirilməsinə yönələn bu innovasiyalar ictimaiyyətə təqdim olunub.

Tədbirdə nazirliyin aidiyyəti struktur və yer­li qurumlarının rəhbər və məsul işçiləri, Ədalət Mühakiməsinin Səmərəliliyi üzrə Avropa Komissiyası­nın prezidenti, Azərbaycan Mətbuat Şurasının, vətəndaş cəmiyyəti institutlarının və çoxsaylı KİV-lərin təmsilçiləri iştirak ediblər.

Mətbuat konfransın­da pandemiya dövründə nazirlik tərəfindən görülən tədbirlər, xüsusi rejim şəraitində ədliyyə orqan­larının fəaliyyətinin təşkili və innovasiyaların tətbiqi barədə çıxışlar olub, faydalı diskussiyalar aparılıb.

Bildirilib ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə koronavirus infeksiyasının yayılmasının qarşısının alınması ilə bağlı görülən qəti tədbirlər çərçivəsində ədliyyə orqanlarında və məhkəmələrdə pandemiya­ya qarşı zəruri profilaktik və qabaqlayıcı tədbirlər görü­lüb, bu məqsədlə nazirlik üzrə xüsusi əmr imzalanıb. Həmçinin, ədliyyə işçiləri və hakimlər dövlət başçısının və Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın çağırışlarına qoşularaq sosial həmrəylik nümayiş etdirib, Koronavi­rusla Mübarizəyə Dəstək Fonduna ianələr, xüsusi qayğıya ehtiyacı olan ahıl və tənha vətəndaşlara müvafiq yardımlar olunub.

Məhkumların həyat və sağlamlıqlarının qo­runması məqsədilə pe­nitensiar müəssisələrin gücləndirilmiş iş rejimində fəaliyyəti, virusa yoluxması daha riskli olan yaşı 65-dən yuxarı məhkumlara həssas və humanist münasibət bəslənilərək dövlət başçısı­nın əfv Sərəncamı ilə 176 nəfərin azadlığa buraxıldığı, həmçinin, davamlı xarakter alan cəzadan şərti olaraq vaxtından əvvəl azadetmə institutunun tətbiqinin intensivləşdiyi qeyd edilib.

Azərbaycan Respublika­sı Prezidentinin təşəbbüsü ilə işsiz və xüsusi ka­rantin rejiminə görə işini itirən aztəminatlı şəxslərə birdəfəlik ödəmələrin verilməsi üçün çoxsaylı fərdi məlumatlar təhlil edilərək Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə təqdim olunduğu vurğulanıb.

Qeyd olunub ki, ədliyyə xidmətlərinə əlçatanlığın asanlaşdırılması məqsədilə innovasiyaların tətbiqi genişləndirilib, nazirliyin rəsmi saytının “Vətəndaşlar üçün əlaqə” və “İnteraktiv əlaqə” bölmələrinin funksi­onallığı artırılaraq elektron qaydada müraciət etmək imkanları artırılıb, əhaliyə vətəndaşlara məsafədən xidmətlərin göstərilməsi genişləndirilib.

Mətbuat konfransında nazirlik tərəfindən yeni istifadəyə verilən innova­siyalar barədə məlumatlar təqdim olunaraq borcun, o cümlədən, aliment, kredit, cərimə və digər ödənişlərin “ASAN ödəniş”, “Elektron hökumət” por­talları və müxtəlif mobil tətbiq vasitəsilə nağdsız və ya müvafiq terminallar vasitəsilə nağd şəkildə həyata keçirilməsi, “Mobil notariat” tətbiqi üzərindən nəqliyyat vasitələrinə sərəncam verilməsinə dair etibarnamələrin elektron qaydada təsdiq edilməsi, həmçinin, xüsusi proqram modulu vasitəsilə məhkəmə proseslərinin videokonfrans şəkildə keçirilməsinin təşkili vurğulanıb.

Tədbirdə vətəndaş cəmiyyəti institutlarının təmsilçiləri tərəfindən möv­zu ilə bağlı çıxışlar olub, iştirakçılar arasında fikir mübadiləsi aparılıb, sual-cavab sessiyası keçirilərək jurnalistləri maraqlandıran suallar ətraflı cavablandırılıb.

AZƏRTAC

1 May 2020 01:30 - XƏBƏRLƏR
XƏBƏRLƏR
11 Avqust 2021 | 09:08
Neft ucuzlaşıb

Köhnə versiyamızdan xəbərləri izlə