Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

“Koronavirus pandemiyası ilə mübarizədə Azərbaycan modeli” mövzusunda videokonfrans keçirilib

Aprelin 29-da Yeni Azərbaycan Partiyasının təşəbbüsü ilə “Koronavirus pandemiyası ilə mübarizədə Azərbaycan modeli” mövzusunda videokonfrans keçirilib.

YAP-dan AZƏRTAC-a bildiriblər ki, onlayn müzakirədə Milli Məclisinin deputatları Ramin Məmmədov, Ramil Həsən, Könül Nu­rullayeva, Şahin İsmayılov, Şahin Seyidzadə, həmçinin YAP Gənclər Birliyinin sədri Seymur Orucov, ARGTMŞ-nin sədri Məryəm Məcidova, “ASAN Könüllüləri” Gənclər Təşkilatının sədri Səbinə Cabbarova, “CAVAN” Gənclər Hərəkatı İB-nin nümayəndəsi Murad Ağabəyli və YAP Nizami rayon təşkilatı gənclər birliyi sədrinin müavini Ramil Vəlibəyov iştirak ediblər.

Videokonfransda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi ilə koronavirusa qarşı mübarizə sahəsində həyata keçirilən genişmiqyaslı tədbirlər müzakirə edilib.

Qeyd edilib ki, Prezident İlham Əliyevin qəti tapşırıqla­rı əsasında qısa müddətdə ali və orta təhsil müəssisələrində tədris prosesinin dayandırılması, ölkəmizdə genişmiqyaslı de­zinfeksiya tədbirlərinin təşkili, tərəddüd etmədən ölkəmizin sərhədlərinin bağlanmasına dair qonşu dövlətlərlə danışıqların aparılması və qəti qərarların qəbul edilməsi koronavirus biomüharibəsində gələcək qələbənin əldə olunmasının əsas təminatına çevrilib. Paralel olaraq dövlətimizin başçısının rəhbərliyi ilə pandemiya dövrü­nün çağırışlarına uyğun olaraq yeni işlək strukturların yaradıl­ması və bir sıra dövlət qurum­larının fəaliyyətinin yenidən qurulması, onların əlaqəli və operativ işlərinin təşkili koro­navirusla mübarizənin bütün cəbhə xətti boyu aparılmasına meydan açıb. Azərbaycan Respublikasının Prezidentinin son onillik ərzində səhiyyə sahəsində həyata keçirdiyi ardıcıl islahatlar, paytaxtda və regionlarda istifadəyə veril­miş müasir tipli xəstəxana kompleksləri, xəstəxanaların ən müasir tibbi avadanlıq və cihaz­larla təmin olunması, həkimlərin bilik və bacarıqlarının daha da təkmilləşdirilməsi sahəsində atılmış addımlar da respublika­mızda rəqabətədavamlı səhiyyə səviyyəsinin formalaşdırılması ilə nəticələnib.

Videokonfransda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin təşəbbüsü və rəhbərliyi ilə Türk Şurasına üzv ölkələrin dövlət başçılarının onlayn fövqəladə Zirvə toplantısının keçirilməsi də əlamətdar tarixi hadisə kimi diqqətə çatdırılıb.

Vurğulanıb ki, pandemiya­nın mənfi təsirlərinə baxmaya­raq, ölkədə iş yerləri saxlanılıb, işçilərin ixtisar edilməsinə imkan verilməyib, 600 min nəfərdən çox aztəminatlı insan­lara, iş yerlərini itirməli olmuş çalışanlara maddi dəstək verilib, vergi güzəştləri tətbiq olunub və ümumilikdə sosial-iqtisadi sahədə dayanıqlılığı təmin etmək üçün 3.5 milyard manat vəsait ayrılıb.

Bununla yanaşı, videomüzakirə zamanı Azərbaycan xalqına düşmən kəsilmiş, daim anti-mil­li mövqedə durmuş radikal müxalifətin siyasi təxribatları, onların sosial şəbəkələrdəki Azərbaycan xalqının və dövlətinin milli maraqları­na zərbə vurmağa yönəlmiş fəaliyyəti də kəskin tənqid olunub.

Müzakirələrin ümumi nəticəsi olaraq deyilib ki, ölkəmizin bütün vətəndaşları kimi gənclər də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin koronavi­rusla mübarizə sahəsindəki ardıcıl, yorulmaz və məqsədyönlü fəaliyyətini, ölkə vətəndaşlarının mənafelərinə həsr edilmiş ümummilli siyasətini ürəkdən dəstəkləyir və müdafiə edirlər.

29 Aprel 2020 23:47 - XƏBƏRLƏR
XƏBƏRLƏR
11 Avqust 2021 | 09:08
Neft ucuzlaşıb

Köhnə versiyamızdan xəbərləri izlə