Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

ABŞ-ın Beynəlxalq Dini Azadlıqlar üzrə Komissiyasının növbəti illik hesabatında Azərbaycanla bağlı məlumat dərc olunub

ABŞ-ın Beynəlxalq Dini Azadlıqlar üzrə Komissiyası (USCIRF) növbəti illik hesabatını yayıb. AZƏRTAC xəbər verir ki, hesa­batda ABŞ Dövlət Departamentinin xüsusi nəzarət üçün təklif edilən ölkələr siyahısına Azərbaycanın adı da əlavə edilib. Siyahıda, həmçinin Türkiyə, Qazaxıstan, Özbəkistan, İndoneziya, Malayziya, Cənubi Afrika Respublikası və bir sıra ölkələrin adları yer alıb. Qeyd olunmalıdır ki, həmin komis­siya öz fəaliyyətində bir sıra ölkələrə qarşı qərəzli yanaşma ilə seçilir.

Hesabatda dini azadlıqların qorunması sahəsində Azərbaycanın qonşu ölkələrdən daha çox nailiyyətlər əldə etdiyi qeyd olunub. Bununla yanaşı, ötən illərdə olduğu kimi, bu il də hesabatın Azərbaycana dair hissəsində bəzi qeyri-obyektiv və həqiqəti əks etdirməyən məqamlar öz əksini tapıb.

Ötən il də olduğu kimi, Komissiyanın 9 üzvündən biri Coni Mur bu qərəzli yanaşma ilə razılaşmayaraq öz xüsusi rəyini açıqlayıb və bu mövqe hesabata daxil edilib.

Coni Mur Azərbaycanın adının bu hesabata daxil edilməsini düzgün hesab etməyib. O Azərbaycanda sünni və şiə məzhəbinə aid nümayəndələrin birlikdə ibadət etdiklərini, Yevangelist və Rus Pravoslav nümayəndələrinin birlikdə dini ayinləri icra etdiklərini, yəhudi icmasının tam azad və təhlükəsiz şəraitdə yaşadığını qeyd edib. Həmçinin C.Mur Azərbaycan əhalisinin əksəriyyətinin müsəlman olması­na baxmayaraq, hindu liderlərinin Azərbaycanda qonaq edildiklərini, İsraillə ictimai və diplomatik əlaqələrinin olma­sını xüsusi qeyd edib. Sonda o, Ermənistanla Azərbaycan arasında sülhün tezliklə əldə olunmasının zəruriliyini qeyd edib. C.Murun sözügedən prinsipial və obyektiv mövqeyi USCIRF-in illik hesabatının əlavəsi kimi dərc edilib.

29 Aprel 2020 23:46 - XƏBƏRLƏR
XƏBƏRLƏR
11 Avqust 2021 | 09:08
Neft ucuzlaşıb

Köhnə versiyamızdan xəbərləri izlə