Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Sumqayıtda aztəminatlı ailələrəərzaq sovqatı paylanılıb

Ölkəmizdə koronavirus (COVID-19) infeksiyasına qarşı mübarizə tədbirləri çərçivəsində görülən qabaqlayıcı tədbirlər öz nəticəsini verməkdədir. Prezident İlham Əliyevin tapşırığı ilə preventiv tədbirlərin əsasını vətəndaşlarının sağlamlığı, sosial təminatının qorunması təşkil edir. Aprelin 29-da Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası (AHİK) da ehtiyacı olan ailələrə dəstək layihəsinə öz töhfəsinin verib. Sosial dəstək tədbirlərinə qatılan AHİK Sumqayıta 100 ədəd ərzaqla dolu qutu göndərib.

AHİK-in İcraiyyə Komitəsinin qərarı ilə Sumqayıt Şəhər İcra Hakimiyyətinin tərtib etdiyi siyahıya uyğun olaraq, həmkarlar ittifaqı fəalları tərəfindən xüsusi yardıma və qayğıya ehtiyacı olan aztəminatlı ailələrə və təqaüdçülərə ərzaq yardımları paylanılıb. Qutularda hər bir ailə üçün vacib olan gündəlik tələbat malları - çay, qənd, şəkər tozu, düyü, bitki yağı, makaron və digər azuqələr var.

AHİK, həmçinin bu bölgə üzrə Abşeron, Zəngilan, Qubadlı, Şuşa və Xızı rayonlarından olan 250 aztəminatlı ailəyə də ərzaq sovqatı paylayıb. Qeyd edək ki, bu günlərdə AHİK-in İcraiyyə Komitəsi xüsusi yardıma və qayğıya ehtiyacı olan aztəminatlı ailələrə, təqaüdçülərə ərzaq yardımlarının paylanmasını nəzərdə tutan yeni qərar qəbul edib. Bu məqsədlə respublikanın 76 şəhər və rayonunda yaşayan 3900 aztəminatlı ailəyə ərzaq sovqatının paylanılması qərara alınıb. Ümumi həcmi 68 ton olan ərzaq sovqatları hər bir ailə üçün vacib olan gündəlik tələbat mallarından ibarətdir.

Aprelin 29-da Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının təşkil etdiyi maşın karvanı ərzaq sovqatlarını ünvanlarına çatdırmaq üçün respublikanın şəhər və rayonlarına yola düşüb. Azərbaycanın bütün bölgələrini əhatə edəcək bu aksiyada yerlərdəki həmkarlar ittifaqı fəalları da iştirak edəcəklər.

AZƏRTAC

29 Aprel 2020 23:31 - XƏBƏRLƏR
XƏBƏRLƏR
11 Avqust 2021 | 09:08
Neft ucuzlaşıb

Köhnə versiyamızdan xəbərləri izlə