Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

“AYİB prezidentinin ölkəmizdə koronavirusa qarşı görülən tədbirlərə yüksək dəyər verməsi qürur doğurur”

Prezident İlham Əliyevin Avropa Yenidənqurma və İnkişaf Bankının prezidenti Suma Çakrabarti ilə videokonfransda söylədiyi fikirlər bu günün reallıqlarını əks etdirir və dünyada baş verən hadisələri, xüsusilə də koronavirus pandemiyasının yaratdığı çətinlikləri qiymətləndirmək baxımından vacibdir. Milli Məclisin Aqrar siyasət komitəsinin sədri Tahir Rzayev bildirib ki, Avropa Yenidənqurma və İnkişaf Bankının prezidenti Suma Çakrabartinin ölkə rəhbərinin respublikanın inkişafı, eləcə də koronavirusa qarşı gördüyü işlərə yüksək dəyər verməsi qürur doğurur.

Deputat qeyd edib ki, məhz Prezident İlham Əliyevin uzaqgörənliyi sayəsində qabaqlayıcı tədbirlərin vaxtında görülməsi, lazım olan vəsaitin vaxtında ayrılması və insanların maarifləndirilməsi xəstəliyin kütləvi yayılmasının və böyük itkilərin qarşısını alıb: “Cənab Prezident həmişə olduğu kimi, vətəndaşlarının təhlükəsizliyini, sağlamlığını, rahatlığını birinci dərəcəli vəzifə hesab etdi və bunun üçün milyardlarla vəsaitin ayrılmasına tapşırıq verdi. Qeyd edildiyi kimi, bu məbləğ bizim iqtisadiyyatımız üçün yükdür, valyuta ehtiyatlarımıza təsir göstərir. Ancaq ölkə başçısının söylədiyi kimi, Azərbaycan vətəndaşı daha əzizdir.

Pandemiyanın yaratdığı çətinliklərə baxmayaraq Azərbaycan müsbət nəticələr də əldə edib. Belə ki, I rübdə qeyri-neft sektorunda 3 faiz, qeyri-enerji sahəsində 23 faiz artım müşahidə olunub”.

Komitə sədri ölkəmizin qazandığı uğurlara Suma Çakrabartinin obyektiv yanaşmasını yüksək dəyərləndirib: “AYİB prezidentinin Azərbaycanı ilin ilk rübündə iqtisadi artıma nail olan azsaylı ölkələrdən biri, bəlkə də yeganə ölkə kimi qiymətləndirməsi dövlətimizin rəhbərinin yürütdüyü siyasətin düzgünlüyünə, sistemliliyinə, ilk növbədə insanların rifahına istiqamətləndirilməsinə verilən yüksək qiymətdir. Bu gün dünyanın əksər dövlətlərinin rəhbərləri, siyasətçiləri, beynəlxalq təşkilatları bu fikirdədir və dövlət başçımıza ünvanlanan xoş sözlər birliyimizi, həmrəyliyimizi, işgüzarlığımızı bir daha sübut edir”.

“Xalq qəzeti”

29 Aprel 2020 23:26 - XƏBƏRLƏR
XƏBƏRLƏR
11 Avqust 2021 | 09:08
Neft ucuzlaşıb

Köhnə versiyamızdan xəbərləri izlə