Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Taktiki təlimlər başa çatıb

Müdafiə nazirinin təsdiq etdiyi 2020-ci ilin döyüş hazırlığı planına əsasən Hərbi Dəniz Qüvvələrində (HDQ) keçirilən taktiki təlim başa çatıb.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən verilən məlumatda bildirilir ki, Xəzər dənizinin əməliyyat zonasında enerji infrast­rukturunun mühafizəsi, gəmi taktiki qruplarının qarşılıqlı fəaliyyətdə döyüş əməliyyatlarının planlaşdırıl­ması və aparılması, həmçinin komandirlər, qərargahlar və şəxsi heyətin bacarıqlarının təkmilləşdirilməsi məqsədilə keçirilən təlimdə yüksək peşəkarlıq nümayiş etdirilib.

Üç mərhələdən ibarət təlimin birinci mərhələsində verilmiş siqnala əsasən birləşmə və hərbi hissələrin xəbərdar edilməsi, sualtı diversiya əleyhinə qüvvə və vasitələrin döyüşə hazırol­ma vəziyyətinə gətirilməsi tədbirləri icra edilib. İkinci mərhələdə siqnala əsasən sualtı diversiya əleyhinə qüvvələrin əməliyyat rayon­larında açılması və sualtı di­versiya əleyhinə müdafiə tap­şırıqları, həmçinin neft-qaz infrastrukturunun mühafizəsi əməliyyatları yerinə yetirilib. Üçüncü mərhələdə döyüş atışları icra olunduqdan sonra gəmilər dislokasiya məntəqələrinə qayıdıb.

Təlimə 20-dən artıq gəmi və kater, 2 helikopter, 700 nəfərədək şəxsi heyət cəlb olunub.

Samirə ƏLİYEVA, “Xalq qəzeti”

29 Aprel 2020 23:22 - XƏBƏRLƏR
XƏBƏRLƏR
11 Avqust 2021 | 09:08
Neft ucuzlaşıb

Köhnə versiyamızdan xəbərləri izlə