Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Xalqımızın birliyi bizi güclü və dönməz edir

“Koronavirus pandemiyası bəşəriyyəti ciddi sınaqlarla üzləşdirmişdir. Azərbaycan da bu çətin dövrün acılarını yaşamaqdadır. Biz xoşbəxt xalqıq ki, ölkəmizi bu çətinliklərdən çıxarmağa qadir olan güclü rəhbərimiz var.” Bunu bizimlə söhbətində Xalq rəssamı Eldar Mikayılzadə dedi.

Xalq rəssamı bildirdi ki, Prezident İlham Əliyevin, birinci xanım Mehriban Əliyevanın diqqət və qayğısı sayəsində ölkədə koronavirus xəstəliyinin yayılmasının qarşısının alınması üçün çevik və zəruri qabaqlayıcı addımlar atıldı. Nazirlər Kabineti yanında operativ qərargah yaradıldı. Ölkə üzrə bütün təhsil müəssisələrində tədris prosesi may ayının 4-dək dayandırıldı, bütün kütləvi tədbirlər təxirə salındı və ya ləğv edildi. Şəhərlərarası nəqliyyatın və Bakı Metropoliteninin fəaliyyəti dayandırıldı. Eyni zamanda, koronavirus xəstələri üçün xəstəxanaların hazır vəziyyətə gətirilməsi, yeni xəstəxanaların tikilib istifadəyə verilməsi və lazımi avadanlıqlarla təchiz olunması, ölkəyə test sistemlərinin, digər tibbi avadanlıqların gətirilməsi həm xəstəliyin müəyyən olunması, həm də müalicəsi üçün imkanlar yaratdı. Hazırda hər birinin 200 çarpayı yeri olan 10 müasir modul tipli xəstəxananın istifadəyə verilməsi nəzərdə tutulur. Məhz belə tədbirlərin nəticəsidir ki, kütləvi yoluxmanın sayı digər dövlətlərlə müqayisədə cox azdır.

Bu gün Azərbaycanın qəhrəman həkimləri xəstələrin müalicəsi üçün fədakarlıqla mübarizə aparır və vətəndaşların sağlamlığı­nı qorumaq üçün özlərini riskə atırlar. Buna görə də vətəndaşlarımız elan olunmuş xüsusi karantin rejimi qaydalarına ciddi riayət etməli, həkimlərimizin və bütün tibb işçilərimizin ağır əməyinə dəyər verməlidirlər. Bu, hamımızın vətəndaşlıq borcudur.

Baxın, Azərbaycanın koronavirus­la mübarizə təcrübəsi ÜST və digər beynəlxalq təşkilatlar tərəfindən necə yüksək qiymətləndirilir. Cənab Prezidentin keçirdyi virtual beynəlxalq konfranslarda çıxışları­nı diqqətlə izləmişəm. Biz, həqiqətən öz liderimizlə fəxr edirik. Cənab Prezident həmişə deyir ki, bizim nailiyyətlərimizin əsası xalqla dövlətin birliyindədir. Bəli, bu birlik bizi daha güclü və dönməz edir.

Mən mədəniyyət işçisiyəm. Bu günlər mədəniyyət xadimlərimiz öz fəaliyyətlərini onlayn formada davam etdirirlər. Mədəniyyət Nazirliyinin bu sahənin bütün strukturla­rı ilə keçirdiyi onlayn konfranslar bizim fəaliyyətimizin yeni istiqamətdə davam etdirilməsinə yönəldilmişdir. İnanıram ki, xal­qımız çox yaxın vaxtlarda bu bəladan yaxa qurtaracaq, həyatımız tədricən öz axarına düşəcək.

Qələmə aldı:

M.MÜKƏRRƏMOĞLU, “Xalq qəzeti”

29 Aprel 2020 23:19 - XƏBƏRLƏR
XƏBƏRLƏR
11 Avqust 2021 | 09:08
Neft ucuzlaşıb

Köhnə versiyamızdan xəbərləri izlə