Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin ölkədə olma müddəti uzadlır

Dövlət Miqrasiya Xidməti əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin müraciətləri ilə bağlı mövcud vəziyyəti mütəmadi olaraq təhlil edir və öz fəaliyyətini günün tələblərinə uyğun təkmilləşdirmək üçün müvafiq tədbirlər görür.

Miqrasiya Xidmətindən verilən məlumatda bildirilir ki, ölkəmizdə olduğu yer üzrə qeydiyyata alınmış, olma müddəti 01 -31 may tarixlərində bitən (və bitəcək) və məlum səbəblərdən ölkəni tərk edə bilməyən əcnəbilərin müraciətləri Dövlət Miqrasiya Xidməti tərəfindən qəbul edilmiş hesab olunur və bu şəxslərin Azərbaycanda olma müddətləri 30-60 gün müddətinə uzadılacaq.

Bunun üçün həmin şəxslər Xidmətin internet səhifəsi (https:// eservice.migration.gov.az/public/ payments-search?lang=az) vasitəsilə ödəniş nömrəsini əldə edib, elektron qaydada (Hökumət Ödəniş Portalı, “ASAN ödəniş” sistemi və ya Expresspay terminalları vasitəsi ilə) dövlət rüsumunu ödədikdə (uzadılmış müddətə uyğun olaraq) ölkədə qanuni qala bilərlər.

Müvəqqəti olma müddətinin uzadılması barədə qərarları fiziki olaraq götürmək tələb olunmur. Zərurət olduğu təqdirdə həmin şəxslər Xidmətin internet səhifəsi (https:// eservice.migration.gov.az/public/ application-track) vasitəsilə qərarları əldə edə bilərlər.

Ətraflı məlumat üçün Dövlət Miqrasiya Xidmətinin Facebook, Twitter sosial hesablarından və ya fasiləsiz rejimdə işləyən (012) 919 Çağrı Mərkəzi ilə əlaqə yaratmaq mümkündür.

Samirə ƏLİYEVA, “Xalq qəzeti”

29 Aprel 2020 23:16 - XƏBƏRLƏR
XƏBƏRLƏR
11 Avqust 2021 | 09:08
Neft ucuzlaşıb

Köhnə versiyamızdan xəbərləri izlə