Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Kabildə partlayış

Əfqanıstanın paytaxtı Kabildə, xüsusi təyinatlıların bazasının yanında partlayış baş verib. “Tolo News” telekanalının məlumatına görə, partlayış nəticəsində 3 nəfər dinc sakin həlak olub, 8 nəfər xəsarət alıb. Xəsarət alanlar xəstəxanaya yerləşdiriliblər. Partlayışı intiharçı-terrorçu törədib.

Lakin Əfqanıstanın Daxili İşlər Nazirliyindən verilən məlumata görə, terror aktı nəticəsində 15 nəfər xəsarət alıb.

“Reuters”in Əfqanıstanın Daxili İşlər Nazirliyinə istinadən verdiyi məlumata görə, terror aktı Kabilin Riş-Hor rayonunda törədilib.

Terror aktına cavabdehliyi hələlik heç bir terrorçu təşkilat öz üzərinə götürməyib.

Qəzənfər QASIMOV, “Xalq qəzeti”

29 Aprel 2020 22:54 - XƏBƏRLƏR
XƏBƏRLƏR
11 Avqust 2021 | 09:08
Neft ucuzlaşıb

Köhnə versiyamızdan xəbərləri izlə