Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Prezident Rəcəb Tayyib Ərdoğan ölkəsinin bütün çağırışlara qarşı ABŞ-la həmrəy olduğunu bəyan edib

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ABŞ-ın dövlət başçısı Donald Trampa məktub ünvanlayaraq, koronavirus pandemiyasına qarşı mübarizədə həmrəyliyini nümayiş etdirib. Bu barədə Türkiyə Prezidentinin administrasiyasına istinadən RİA “Novosti” məlumat yayıb.

Məlumata görə, Ərdoğanın məktubu Ankaradan Vaşinqtona yola salınmış tibbi ləvazimatlarla dolu hərbi-nəqliyyat təyyarəsi ilə göndərilib. Məktubda bildirilir: “Ümid edirəm ki, Türkiyədən ABŞ-a göndərilmiş bu yardım pandemiya ilə mübarizəyə töhfələr verəcək və Amerika vətəndaşlarının müalicəsinə kömək edəcək. Qəti şəkildə əminəm ki, birgə səylərlə pandemiyaya qalib gələcəyik. Siz də əmin ola bilərsiniz ki, Türkiyə ABŞ-ın etibarlı və güclü tərəfdaşı kimi, bundan sonra da özünün həmrəyliyini nümayiş etdirəcək”.

Türkiyə Prezidentinin administrasiyası tərəfindən yayılmış bəyanatda qeyd edilir ki, Ərdoğan ABŞ Konqresinin pandemiyadan sonra Türkiyənin həmrəyliyini lazımınca qiymətləndirəcəyinə ümid etdiyini, bunun Ankara-Vaşinqton strateji əlaqələrinin nə dərəcədə böyük əhəmiyyət daşıdığının dərk edilməsinə və birgə çağırışlarla mübarizədə sıx əməkdaşlıq yaradılmasına imkan verəcəyinə inanır.

Türkiyə lideri bəyan edib ki, regionda, xüsusən Suriya və Liviyada baş verən hadisələr Türkiyə və ABŞ-ın müttəfiqliyinin böyük rol oynadığını göstərir.

Xatırladaq ki, Ümumdünya Səhiyyə Təşkilatı martın 11-də yeni növ koronavirusun dünyada yayılması ilə bağlı COVİD- 19-u pandemiya elan edib. Təşkilatın dünənə olan son məlumatlarına görə, dünyada 3 milyondan artıq insan bu virusa yoluxub, 202 mindən çoxu isə vəfat edib.

Paşa ƏMİRCANOV, “Xalq qəzeti”

29 Aprel 2020 22:54 - XƏBƏRLƏR
XƏBƏRLƏR
11 Avqust 2021 | 09:08
Neft ucuzlaşıb

Köhnə versiyamızdan xəbərləri izlə