Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Q.PAŞAYEVA: Xeyirxahlığın qeyd edilməsi həmrəyliyi artırır

“Koronavirus pendemiyası səbəbindən Tovuzda ailə vəziyyəti çətinləşən 1400-dən çox ailəmizə dəstək olan başda ölkəmizin Birinci vitse-prezidenti Mehriban xanım Əliyeva olmaqla Heydər Əliyev Fonduna və “Regional İnkişaf” İctimai Birliyinə, dərin təşəkkürümü bildirirəm. Bu yardımların insanlarımıza çatdırılmasında böyük əməyi olan “Regional İnkişaf” İctimai Birliyinin bütün kollektivinə dərin təşəkkürümü bildirirəm”. Bu sözləri Milli Məclisin Mədəniyyət komitəsinin sədri Qənirə Paşayeva aztəminatlı ailələrə yardımların davam etməsi ilə bağlı fikir bildirərkən dedi.

Deputat bildirdi ki, Heydər Əliyev Fondu koronavirus pandemiyası səbəbindən artıq  200 mindən çox çətin vəziyyətdə olan ailəyə dəstək olub və onlar bu fəaliyyətləri ilə bütün cəmiyyətimiz, hər birimiz üçün gözəl bir xeyirxahlıq örnəyi missiyasını həyata keçirirlər. Onların bu fəaliyyəti imkanı çatan hər bir insanımız üçün gözəl bir örnəkdir ki, belə anlarda hamımız daha da çox çətin durumda olan insanlarımızın yanında olmalıyıq. Q.Paşayeva bu duyğularla çətin vəziyyətə düşən insanlarımıza dəstək olan hər kəsə təşəkkür edərək dedi ki, cənab Prezidentimizin də vurğuladığı kimi “Biz birlikdə güclüyük”.

Koronavirus pandemiyası dövründə dövlət--xalq birliyinin cənab Prezidentimizin rəhbərliyi altında daha da güclənməsini, koronavirusa qarşı mübarizə istiqamətində Azərbaycan dövlətinin atdığı addımların bəzi ölkələrdə tanınmış şəxslər, media nümayəndələri, bir sıra KİV tərəfindən də xüsusi vurğulandığını qeyd edən deputat dövlətimizin ətrafında birliyimizi daha da gücləndirərək dünyada böyük böhranlara səbəb olan pandemiyaya qarşı mübarizədə bu çətin sınaqdan tezliklə çıxacağımıza inandığını bildirdi.

Q.Paşayeva, həmçinin dedi: “Mən Heydər Əliyev Fondunun rəhbərliyinə və “Regional İnkişaf” İB-ə bu nəcib və xeyirxah işlərə görə, öz adımdan və seçicilərim adından dərin təşəkkürümü bildirdim. Bu təşəkkürümü buradan da bir daha vurğulamağı özümə mənəvi borc bildim. Çünki hər bir xeyirxah işin qeyd edilməsi insanlarda bu duyğuların daha da güclənməsinə, həmrəyliyimizin daha da möhkəmlənməsinə böyük stimuldur”.

Z.BƏŞİRQIZI,
“Xalq qəzeti”

29 Aprel 2020 12:09 - XƏBƏRLƏR
XƏBƏRLƏR
11 Avqust 2021 | 09:08
Neft ucuzlaşıb

Köhnə versiyamızdan xəbərləri izlə