Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Daha 18 min ödənişli ictimai iş yeri yaradılıb

Prezident İlham Əliyevin tapşırığına əsasən ödənişli ictimai iş yerlərinin sayının 90 minə çatdırılması təmin olunacaq.

Bununla əlaqədar son 10 gündə əlavə olaraq 18 min ödənişli ictimai iş yeri yaradılıb. Beləliklə, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin DOST İş Mərkəzi vasitəsilə ödənişli ictimai işlərə cəlb olunanların sayı 56 mini ötüb.

Onların hər biri ilə əmək müqaviləsi bağlanıb ki, bu da onların gələcək sosial təminat hüquqlarına əsas yaradır.

Ödənişli ictimai iş yerləri abadlaşdırma, yaşıllaşdırma, parklara qulluq, dezinfeksiya işlərinin aparılması, tənha yaşlılara və əlilliyi olan şəxslərə sosial xidmətlərin göstərilməsi və s. kimi sahələr üzrə yaradılır.

Z.BƏŞİRQIZI,
“Xalq qəzeti”

29 Aprel 2020 12:03 - XƏBƏRLƏR
XƏBƏRLƏR
11 Avqust 2021 | 09:08
Neft ucuzlaşıb

Köhnə versiyamızdan xəbərləri izlə