Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Qapını döyən var...

O gözləmirdi. İnanmırdı ki, kimsə qapısını döysün, nəsə desin, onunla söhbət etsin, problemləri ilə maraqlansın, çəkdiyi rəsm əsərlərinə baxsın, fikir söyləsin. Ona görə yox ki, Vüsaləyə qarşı laqeydlik vardı. Yox, sadəcə elə bir vaxt gəlmişdi ki, köməyə daha çox ehtiyacı olanları, yaşı 65-i keçən tənha qocaları,digər imkansız ailələri düşünürdü Vüsalə. Düşünürdü ki, yəqin əvvəlcə onları yada salacaqlar. Sonra imkan olsa…

Qapı döyüldü.Elə bildi qonşudakı uşaqdır, yenə gəlib ki, «Vüsalə xala, dünən nə çəkmisən, göstər baxım» deyəcək. Amma qapının ağzında ona həmişə diqqət və qayğı göstərən Sənan müəllim dayanmışdı, əlində də bağlama və konvert... Bəli, bu Gəncə Şəhər  Regional Mədəniyyət İdarəsinin rəhbəri Sənan müəllim idi. Sənan Hacıyev.

Sənan Hacıyev fiziki sağlamlığı məhdud olan rəssamla görüşdü, onun yeni əl işləri ilə tanış oldu.Həm də dedi ki, Gəncə Şəhər İcra Hakimiyyətinin təşəbbüsünə şəhərdə yüzlərlə kollektiv, ayrı-ayrı adamlar qoşulub. Biz də onlardan biriyik. Cənab nazirimiz Əbülfəz Qarayev keçirdiyi hər video-konfransda deyir ki, mədəniyyətin və incəsənətin həssas qruplarını qətiyyən yaddan çıxarmaq olmaz.

Sənan Hacıyev həm də maairfləndirici söhbətlər apardı, bu çətin günlərdə insanların biri-birinə dəstək olmalarının vacibliyini vurğuladı.

Vüsalə Ələsgərova göstərilən diqqət və qayğıya görə ölkə rəhbərliyinə minnətdarlığını bildirdi.

Hamlet Qasımov,
"
Xalq qəzeti"nin bölgə müxbiri

29 Aprel 2020 11:20 - XƏBƏRLƏR
XƏBƏRLƏR
11 Avqust 2021 | 09:08
Neft ucuzlaşıb

Köhnə versiyamızdan xəbərləri izlə