Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Ermənistanda 500-ə yaxın insan xəstəxanaya hücum edərək pasiyentlərin başını kəsib

Aprelin 28-i axşam saaatlarında Ermənistanın Qavar şəhərində atışma baş verib. “News.am” xəbər verir ki, atışma nəticəsində iki nəfər qətlə yetirilib.

Avtomobilə minərək hadisə yerini tərk edən cinayətkarlar yolda qəzaya düşüblər və xəstəxanaya yerləşdiriliblər. Polis xəstəxananı mühasirəyə alaraq yaralıların təhlükəsizliyini təmin etməyə çalışıb.

Onların qətlə yetirdiyi şəxslərdən birinin 500-ə yaxın qohumu Erevandan Qavara gələrək xəstəxanaya hücum edib. Onlar polis kordonlarını yararaq xəstəxanaya daxil olub, palatada yatan cinayətkarların boğazlarını kəsib və hadisə yerini tərk ediblər.

Şəhərin qubernatoru Qnel Sasoyanın sözlərinə görə, polislər onlara mane ola bilməyib.  

Paşa ƏMİRCANOV,
“Xalq qəzeti”

29 Aprel 2020 10:10 - XƏBƏRLƏR
XƏBƏRLƏR
11 Avqust 2021 | 09:08
Neft ucuzlaşıb

Köhnə versiyamızdan xəbərləri izlə