Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Ümumdünya Səhiyyə Təşkilatının Baş direktoru Azərbaycan Prezidentinə təşəkkür edib

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Baş direktoru Tedros Adhanom Qebreyesus keçirdiyi mətbuat konfransında Azərbaycanın koronavirus pande­miyasına qarşı həm qlobal, həm də regional mübarizəyə töhfəsindən danışıb.

Baş direktor bu yaxınlarda Azərbaycan Prezidentinin təşəbbüsü ilə keçirilən video­konfrans formatında toplantıda koronavirusa qarşı mübarizə barədə müzakirələr aparıl­dığını, özünün də həmin toplantıda iştirak etdiyini bildirib. Tedros Adhanom Qebreye­sus bu kimi addımları vacib hesab etdiyini vurğulayıb.

ÜST-nin baş direktoru Azərbaycanın ko­ronavirus pandemiyasına qarşı mübarizəyə verdiyi qlobal töhfəni yüksək qiymətləndirib. O deyib ki, Azərbaycan qlobal səviyyədə bu mübarizəyə 5 milyon ABŞ dolları vəsait ayırıb. “Mən Azərbaycan Prezidentinin milli, regional və qlobal səviyyədə bu mübarizədə güclü səylərini görürəm. İmkandan istifadə edərək cənab Prezidentə təşəkkürümü bildirmək istəyirəm ki, bütün bu üç səviyyədə səyləri birləşdirir, dəstək verir”, – deyə Tedros Adhanom Qebreyesus bildirib.

Elgün NİFTƏLİ,

AZƏRTAC-ın xüsusi müxbiri

Cenevrə

28 Aprel 2020 23:42 - XƏBƏRLƏR
XƏBƏRLƏR
11 Avqust 2021 | 09:08
Neft ucuzlaşıb

Köhnə versiyamızdan xəbərləri izlə