Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Azərbaycanda yeni koronavirus infeksiyasına daha 39 yoluxma faktı qeydə alınıb, 59 nəfər müalicə olunaraq sağalıb

Azərbaycan Respublikasında yeni koronavirus infeksiyasına daha 39 yoluxma faktı qeydə alınıb, 59 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

Bu barədə AZƏRTAC-a Azərbaycan Respublikası Nazirlər Kabineti yanında operativ qərargahdan məlumat verilib.

Hazırkı dövrədək ölkəmizdə 1717 nəfərin koronavirus infeksiyasına yo­luxması faktı müəyyən edilib, onlardan 1221 nəfər müalicə olunaraq sağalıb, 22 nəfər vəfat edib, 474 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir. Həmin şəxslərdən 15 nəfərin vəziyyəti ağır, 22 nəfərin vəziyyəti orta ağır qiymətləndirilir, digərlərinin səhhəti stabildir.

Ötən müddət ərzində yeni yolux­ma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 132.640 test aparılıb.

28 Aprel 2020 23:40 - XƏBƏRLƏR
XƏBƏRLƏR
11 Avqust 2021 | 09:08
Neft ucuzlaşıb

Köhnə versiyamızdan xəbərləri izlə