Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Rik Daems: Ali Məhkəmənin Plenumunun qərarlarını alqışlayıram

Aprelin 23-də Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunda ReAL Partiyasının sədri İlqar Məmmədovun, eləcə də hüquq müdafiəçisi Rəsul Cəfərovun barəsində olan hökmlə bağlı işə baxılıb. Hər iki məsələ üzrə şəxslər barəsindəki cinayət işinə bəraətverici əsaslarla xitam verilib.

AZƏRTAC xəbər verir ki, beynəlxalq ictimaiyyət tərəfindən müsbət qarşıla­nan bu qərara münasibətini bildirən AŞPA-nın prezidenti Rik Daems Azərbaycan nümayəndə heyətinin rəhbəri Səməd Seyidova məktub göndərib.

Məktubda deyilir:

“İlqar Məmmədov və Rəsul Cəfərovun işləri ilə bağlı Azərbaycan Respub­likası Ali Məhkəməsi Plenu­munun son qərarları barədə məlumatla tanış olduğum 2020-ci il 23 aprel tarixli məktubunuza görə sizə təşəkkür edirəm. Mən bu qərarları alqışlayıram.

Həqiqətən də, bir neçə ildir ki, bu iki iş üzrə Avropa İnsan Hü­quqları Məhkəməsinin qərarlarının icra olunmaması Azərbaycanla Avropa Şurası arasındakı əməkdaşlıq qar­şısında maneəyə çevrilmişdi. Buna görə, Ali Məhkəmə Plenumunun qərarları, digər məsələlərlə yanaşı, bu iki işlə bağlı Avropa İnsan Hüquqları Məhkəməsi tərəfindən, eləcə də, Stras­burq Məhkəməsinin bir sıra oxşar qərarları ilə müəyyən edilmiş ədliyyə orqanlarının fəaliyyətində bəzi sistemli məsələlərin həll edilməsi məqsədilə Azərbaycanla Avropa Şurası arasında genişləndirilmiş əməkdaşlığa yeni imkanlar açır”.

Rik Daems, həmçinin, Azərbaycan nümayəndə heyətinin Assambleya məruzəçiləri və Avropa Şu­rasının səlahiyyətli qurum­ları ilə əməkdaşlığı davam etdirəcəklərinə inandığını bildirib.

28 Aprel 2020 23:39 - XƏBƏRLƏR
XƏBƏRLƏR
11 Avqust 2021 | 09:08
Neft ucuzlaşıb

Köhnə versiyamızdan xəbərləri izlə