Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Məcburi köçkünlərə həssas münasibətin daha bir bariz nümunəsi

Azərbaycan dövlətinin hər zaman mühüm önəm verdiyi məsələlərdən biri də məcburi köçkünlərin sosial şəraitinin yaxşılaşdırılma­sıdır. Bu kateqoriyadan olan ailələrin aylıq müavinətlərinin məbləğinin artırılmasına, mənzil problemlərinin həll edilməsinə daim prioritet istiqamət kimi yanaşılıb.

Ölkəmizdə sosial rifah halının yüksəlişi, insanların həyat səviyyəsinin yaxşı­laşması hələ də öz doğ­ma torpaqlarının nisgili ilə yaşayan məcburi köçkünlərin timsalında özünü aydın büruzə verir. Azərbaycan Prezidentinin bu qəbildən olan insanlara xüsusi diqqət və qayğısının nəticəsidir ki, məcburi köçkün həyatı yaşa­mağa məcbur olan insanların həyat səviyyəsi, mənzil-məişət şəraitləri əhəmiyyətli dərəcədə yaxşılaşdırılıb. Ölkəmiz MDB, eləcə də, Avropa məkanında qaçqın və məcburi köçkünlərin sayına görə ilk yerlərdə qərarlaşır. Buna baxmayaraq, Azərbaycan bu kateqoriya­dan olan insanların həyat səviyyəsinin yaxşılaşdırılması baxımından ən fəal siyasət yürüdən və yüksək nəticələr əldə edən ölkədir. Qaçqın və məcburi köçkünlərin yaşayış səviyyəsinin daha da yaxşı­laşdırılması dövlətin həyata keçirdiyi siyasətin əsas istiqamətlərindən birini təşkil edir və göstərilən sahədə uğurlu nəticələrin əldə olunduğunu çoxsaylı faktlar təsdiqləyir.

Qeyd edim ki, Birinci vitse-prezident Mehriban xanım Əliyevanın nəzəri daim məcburi köçkünlərin üzərində olub. Mehriban xanım Əliyeva yurd-yuvalarından erməni işğal­çıları tərəfindən didərgin salınan məcburi köçkünlərlə mütəmadi görüşlər keçirib, müraciətlərini dinləyib, hər birinə qayğıkeşliklə yanaşıb, qaldırdıqları məsələlərin həlli ilə bağlı müvafiq qurumların rəhbərlərinə tapşırıqlar verib və icrasına nəzarət edib. Bir sözlə, həm cənab İlham Əliyevin, həm də Birinci vitse-prezidentin himayəsi ilə ölkəmizdə məcburi köçkünlər dövlət qayğısı ilə əhatə olunublar.

Prezident İlham Əliyevin cari il aprelin 24-də Sumqayıt şəhərindəki yataqxanalarda müvəqqəti məskunlaşan 3042 məcburi köçkün ailəsi üçün Abşeron rayonu ərazisində yaşayış binala­rından ibarət məhəllələrdə tikinti işlərinin gedişi ilə tanış olması da bu diqqətin əyani nümunəsi, parlaq ifadəsidir.

Xatırladım ki, ölkəmizdə indiyədək dövlət səviyyəsində məcburi köçkünlərin mənzil-məişət və sosial problemlərinin həlli istiqamətində çox mühüm layihələr icra olunub. Bu günədək 62494 məcburi köç­kün ailəsinin, ümumilikdə, bu qəbildən olan 315 min soyda­şımızın mənzil-məişət şəraiti yaxşılaşdırılıb. Cari ildə də bu işlərin davam etdirilməsi, yeddi mindən artıq ailənin yeni mənzillərə köçürülməsi nəzərdə tutulub. Bütün bunlar göstərir ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə qaçqın və məcburi köçkünlərin həyat şəraitinin yaxşılaşdırılması məqsədilə reallaşdırılan tədbirlər ardıcıl xarakter alıb.

Fikrimi ümumiləşdirib deyə bilərəm ki, hazır­da ədalətin bərpası, münaqişənin siyasi cəhətdən həlli Azərbaycan dövlətinin, Prezident İlham Əliyevin daim diqqət mərkəzindədir, bu istiqamətdə ardıcıl, məqsədyönlü tədbirlər həyata keçirilir və xalqımız qələbənin çox da uzaqda olmadığına inanır.

Ədalət ƏSƏDOV,
müəllim, Qubadlıdan olan məcburi köçkün

28 Aprel 2020 23:33 - XƏBƏRLƏR
XƏBƏRLƏR
11 Avqust 2021 | 09:08
Neft ucuzlaşıb

Köhnə versiyamızdan xəbərləri izlə