Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

“Real” gənc futbolçu alır

Madridin “Real” klubu “Fransa”nın “Renn” komanda­sının futbolçusu Eduardo Kama­vinqanı transfer etmək istəyir. Bil­dirilir ki, “Real” 17 yaşlı yarımmüdafiəçinin keçidi üçün 50 milyon avro təklif edir. Mütəxəssislər maliyyə çətinliyi ilə üzləşən “Renn”in “Real”ın təklifini müsbət cavablandıracağını bildiriblər.

Qeyd edək ki, fransalı futbolçu ilə “Çelsi”, PSJ və “Yuventus” kimi məşhur klublar da maraqlanır.

Xəbəri “Eurosport” verib.

Hazırladı: Elçin ABBASOV, “Xalq qəzeti”

26 Aprel 2020 18:15 - İDMAN
İDMAN
19 Oktyabr 2021 | 00:09
Ən bahalı futbolçular

Köhnə versiyamızdan xəbərləri izlə