Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Q.Paşayeva Aliment Fondunun yaradılmasını təklif edib

Millət Deputat Q.Paşayeva  Milli Məclisin iclasında məhkəmənin qərarı ilə aliment almaq hüququna malik yüzlərlə qadının üzləşdiyi problemləri qaldırıb. Q. Paşayeva hər gün övladları ilə çətin vəziyyətdə qalmış analar tərəfindən xeyli sayda məktub və müraciətlər aldığını bildirib:

“Hər ay aliment almaqda çətinlik çəkən və bu səbəbdən övladlarını böyütməkdə ciddi çətinliklərlə üzləşdiyini deyən qadınların müraciətlərini dinləyirik. Bu gün məhkəmə qərarlarının icrası sahəsində də ən ciddi problemlərdən biri məhz alimentlərin ödənilməsi məsələsi ilə bağlıdır. Bu səbəbdən uşağın saxlanılması üçün məhkəmə tərəfindən təyin edilən alimentin ödənilməsi məqsədilə dövlət tərəfindən maliyyələşən xüsusi Aliment Fondunun yaradılmasına böyük ehtiyac var”.

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsmanın) 2019-cu il üzrə hesabat məruzəsində qeyd olunan önəmli təkliflər içərində Aliment Fondunun yaradılması təklifinin də xüsusi yer tutduğunu vurğulayan Q.Paşayeva bildirib ki, “belə bir fondun yaradılması aliment problemi səbəbindən yüzlərlə çətin vəziyyətdə böyüyən uşaqlar üçün xüsusilə çox önəmlidir və bu məsələyə baxılması ilə bağlı müvafiq dövlət qurumlarına müraciət edirik”-- deyib.

Z.BƏŞİRQIZI,
“Xalq qəzeti”

25 Aprel 2020 10:50 - XƏBƏRLƏR
XƏBƏRLƏR
11 Avqust 2021 | 09:08
Neft ucuzlaşıb

Köhnə versiyamızdan xəbərləri izlə