Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşları qanvermə aksiyasında iştirak edirlər

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin təsdiq etdiyi “Hemofiliya və talassemiyadan əziyyət çəkən uşaqlara qayğı” Dövlət Proqramına dəstək məqsədilə Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) əməkdaşları ənənəvi olaraq qanvermə aksiyasında iştirak edirlər.

DTX-nin ictimai əlaqələr şöbəsindən AZƏRTAC-a bildiriblər ki, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın koronavirus (COVID-19) pandemiyası ilə əlaqədar ölkədə xüsusi karantin rejiminin tətbiq olunduğu müddətdə talassemiya və hemofiliya, eləcə də leykoz xəstəliyindən əziyyət çəkənlər üçün qan ehtiyatının artırılmasına dəstək çağırışına uyğun olaraq, aprelin 24-də Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşları da bu nəcib və humanist xarakterli qanvermə aksiyasında iştirak ediblər.

 

24 Aprel 2020 21:54 - XƏBƏRLƏR
XƏBƏRLƏR
11 Avqust 2021 | 09:08
Neft ucuzlaşıb

Köhnə versiyamızdan xəbərləri izlə