Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

“Mnatsakanyanın qeyri-adekvat bəyanatı danışıqlara kölgə salır”

Rusiya Xarici İşlər naziri Sergey ­Lavrovun münaqişənin mərhələli həlli ilə bağlı dediyi fikirlərdən sonra Ermənistan tərəfin radikal bəyanatları və xarici işlər naziri Zöhrab Mnatsakanyanın bəyanatı danışıqlar prosesinə kölgə ­salır. Bu fikiləri Milli Məclisin deputatı Arzu ­Nağıyev bildirib. 

Deputat qeyd edib ki, ermənilərin danışıqlar prosesində Dağlıq Qarabağ ətrafı yeddi rayonun boşaldılması məsələsinin olmadığını vurğulmasına Rusiya XİN-i cavab verərək bildirib ki, bu, Helsinki Yekun Aktının prinsiplərinə uyğun idi. 
A.Nağıyev bildirib ki, 25 ildən artıqdır ki, ATƏT-in Minsk qrupu deklorativ bəyanatlar verməklə yadda qalıb. Necə ola bilər ki, belə bir vəziyyətdə Mnatsakanyan Minsk qrupunun həmsədrlərinin iştirak etdiyi toplantılarda, görüşlərdə absurd bəyanatlar səsləndirir, lakin ATƏT rəhbərliyi səsini çıxarmır, susmağa üstünlük verir. Onlar birbaşa adekvat cavablara keçməldirlər. Nə qədər ki, icra mexanizmi olmayan bəyanatlar veriləcək, Mnatsakanyan kimi qeyri-ciddi erməni siyasətçilərin bu cür anormal bəyanatları gözləniləndir. Bu gün erməni tərəfi bildirir ki, heç bir vaxt Azərbaycan və Ermənistan XİN arasında münaqişənin substantiv həlli ilə bağlı məsələ olmayıb. Çox təəssüflər olsun ki, ATƏT-in həmsədrlərinin nümayəndələri də həmin görüşlərdə iştirak ediblər. İstərdim ki, buna ilk növbədə ATƏT-in həmsədrləri cavab versinlər. 
Deputat Ermənistan tərəfin son ­aqressiv bəynatlarına münasibət bildirərək ­deyib: “Erməni tərəfi yaxşı anlayır ki, bu gün Azərbaycanla savaşda heç bir nəticə əldə edə bilməzlər. 2016-cı ildə ermənilərə vurduğumuz zərbələri hələ də unutmayıblar. Onlar təhrikedici bəyanatlarla Rusiyanı hər vəchlə münaqişəyə cəlb etmək niyyətindədirlər. Çünki ermənilər iddia edirlər ki, 2016-cı il Aprel döyüşlərində Rusiya onları müdafiə etmədi. Bu gün erməni silahlı birləşmələrinin sərhəddə fəallıq etmələri, atışmalar bir növ Ermənistanın KTMT-nin üzvü kimi buna Rusiyanın qarışmasını istəməsi ilə bağlıdır.
Ermənistan rəsmisinin son açıqlaması göstərdi ki, onların mövqeyində heç bir dəyişiklik yoxdur. ATƏT-in Minsk qrupunun bəyanatlarında isə yalnız ümumi şəkildə sülhə çağırışlar var. Lakin qarşı tərəf öz qeyri-konstruktivliyini açıq şəkildə göstərir. Bu gün hamı, o cümlədən, ATƏT-in Minsk qrupunun rəhbərliyi də yaxşı anlayırlar ki, Azərbaycan müharibəyə başlasa, Ermənistan darmadağın ediləcək. Sadəcə, biz müharibənin ağır məsələ olduğunu yaxşı anlayırıq, ona görə də sülh prinsiplərinə sona qədər əməl edirik. Lakin qanuni ixtiyarımız var ki, torpaqlarımızı düşmən tapdağından tamamilə təmizləyək”.

 

Qələmə aldı:
Anar TURAN, “Xalq qəzeti”

24 Aprel 2020 21:53 - XƏBƏRLƏR
XƏBƏRLƏR
11 Avqust 2021 | 09:08
Neft ucuzlaşıb

Köhnə versiyamızdan xəbərləri izlə