Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Şirvanda könüllü qanvermə aksiyası keçirilmişdir

Koronavirus pandemiyası ilə əlaqədar ölkəmizdə xüsusi karantin rejiminin tətbiq olunduğu müddətdə talassemiya və hemofiliya, eləcə də leykoz xəstəliyindən əziyyət çəkən uşaqlar üçün qan ehtiyatı azaldığından Azərbaycan Respublikasının Birinci vitse-prezidenti ­Mehriban xanım Əliyevanın çağırışı və təşəbbüsü ilə ölkəmizdə könüllü qanvermə aksiyaları keçirilir.

Bu günlərdə Şirvan Şəhər İcra Hakimiyyətinin kollektivi xalqımızla birlik və həmrəylik nümayiş etdirərək, hörmətli Mehriban xanım Əliyevın təəbbüsü ilə keçirilən bu aksiyaya qoşulub, karantin rejiminin tələblərinə əməl etməklə qan xəstəliyindən əziyyət çəkənlərə yardım göstərilməsi məqsədi ilə B.Eyvazov adına Elmi-Tədqiqat Hemotologiya və Transfiziologiya İnstitutunun Mərkəzi Qan Bankının Şirvan Regional Bölməsində qan verib. 
Şirvan Şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasov Qan Bankında talassemiya xəstəliyindən əziyyət çəkən uşaqlarla və onların valideynləri ilə görüşərək uşaqların səhhəti və müalicələrinin gedişi ilə maraqlanıb, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti hörmətli Mehriban xanım Əliyevanın ölkəmizdə irsi qan xəstəliklərindən, xüsusi ilə talassemiyadan əziyyət çəkən insanların müalicəsinə göstərdiyi diqqət və qayğıdan geniş məlumat verib.
Qeyd edək ki, Şirvan şəhər Bələdiyyəsinin, qəsəbə bələdiyyələri və icra nümayəndəliklərinin əməkdaşları, müxtəlif idarə və müəssisələrin kollektivləri, eyni zamanda şəhər Polis Şöbəsinin şəxsi heyəti də qanvermə aksiyasına qoşularaq fəal iştirak ediblər.
Toplanan qan ehtiyatları tibb işçiləri tərəfindən yoxlanılacaq, talassemiya, hemofiliya və digər qan xəstəliklərindən əziyyət çəkən uşaqlar üçün istifadə olunacaqdır.

 

Səməd HÜSEYNOĞLU,
“Xalq qəzeti”nin bölgə müxbiri

24 Aprel 2020 21:43 - XƏBƏRLƏR
XƏBƏRLƏR
11 Avqust 2021 | 09:08
Neft ucuzlaşıb

Köhnə versiyamızdan xəbərləri izlə