Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Azərbaycan koronavirusun yayılmasına qarşı vaxtında və çevik reaksiya verdi

Hazırda dünya ölkələri koronavirusa qarşı inadla mübarizə aparır. Azərbaycan dövləti bu mübarizənin ön sıralarında yer alır. Ölkədə Prezident İlham Əliyevin rəhbərliyi ilə vaxtında qabaqlayıcı tədbirlər görülüb, müvafiq addımlar atılıb. Azərbaycanda görülmüş tədbirlər Ümumdünya Səhiyyə Təşkilatının Baş direktoru Tedros Qebreyesus tərəfindən də lazımi qiymətini alıb. Bununla bağlı ÜST başçısı Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə səmimi məktub ünvanlayıb.

Ölkəmizdə atılan addımlar arasında dövlət qurumları arasında koordinasiyanın gücləndirilməsi, ictimai toplantıların dayandırılması, test, izolyasiya və karantinin həyata keçirilməsi üçün dövlət qurumlarının yeni şəraitə uyğunlaşdırılması, səhiyyə qurumlarının və ön sırada olan işçilərin müvafiq resurslarla təmin edilməsi, əhaliyə bu xəstəliyin ciddiliyinin izah olunması, əl gigiyenası, öskürək etiketi və sosial məsafənin vacibliyinin izah edilməsi, bütün şübhəlilərin təcrid edilməsi, pandemiyadan ən çox zərər çəkmiş insanlara maddi yardımın göstərilməsi, dövlətlər arasında həmrəyliyin gücləndirilməsi, yoluxma halları və nəzarət tədbirləri barədə ÜST ilə operativ şəkildə informasiyanın paylaşılması və digər tədbirlər yer alıb.
Məktubda təklif edilən addımların artıq uzun müddətdir ki, Azərbaycanda tətbiq olunması bir daha koronavirusa qarşı ölkəmizdə aparılan mübarizənin düzgünlüyünü təsdiq edir. Bu mənada, Azərbaycanda həyata keçirilən siyasət bir sıra ölkələr üçün nümunə ola bilər.
Məktubda qeyd olunur ki, Azərbaycan infeksiyanın yayılmasına qarşı olduqca çevik reaksiya verib. Nazirlər Kabineti yanında Operativ Qərargah yaradılıb, quru sərhədləri bağlanıb, aviareyslərin sayı kəskin azaldılıb, məktəblər, uşaq bağçaları, ali məktəblər bağlanıb, karantin rejimi tətbiq olunub. Ölkə üzrə 10-dan çox xəstəxana koronavirus xəstələrinin sərəncamına verilib.
Bununla dövlət onun sosial siyasətinin mərkəzində Azərbaycan vətəndaşının dayandığını bir daha sübut edib. Sonra isə Prezident İlham Əliyevin sərəncamı ilə pandemiyadan ən çox əziyyət çəkmiş sahələrə, ümumilikdə, 3,5 milyard manat həcmində yardım edilib. Koronavirusla Mübarizəyə Dəstək Fondu yaradılıb. Azərbaycan həm də qlobal həmrəylik nümayiş etdirərək koronavirusla mübarizədə ÜST-ə könüllü maliyyə yardımı ayırıb. Buna görədir ki, son vaxtlar Azərbaycanın pandemiyaya qarşı mübarizəsi öz müsbət bəhrəsini verir.

 

Üzeyir ŞƏFİYEV, 
BDU-nun “Sosial iş” kafedrasının müdiri

24 Aprel 2020 21:42 - XƏBƏRLƏR
XƏBƏRLƏR
11 Avqust 2021 | 09:08
Neft ucuzlaşıb

Köhnə versiyamızdan xəbərləri izlə