Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Dövlət Statistika Komitəsinin kollektivi qanvermə aksiyasına qoşulub

Dövlət Statistika Komitəsinin əməkdaşları Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyevanın talassemiya və hemofiliya, eləcə də leykoz xəstəliyindən əziyyət çəkənlər üçün qan ehtiyatının yaradılmasına dəstək çağırışına qoşularaq qanvermə aksiyasında iştirak ediblər.

AZƏRTAC xəbər verir ki, aprelin 24-də ­Statistika Komitəsinin rəhbərliyi və kollektivi irsi qan xəstəliklərindən, xüsusilə, də talassemiyadan əziyyət çəkən uşaqlara dəstək olmaq və onlar üçün tədarük olunan qan ehtiyatını artırmaq məqsədilə Heydər Əliyev Fondunun “Talassemiyasız həyat naminə” proqramı çərçivəsində Milli Hematologiya və Transfuziologiya Mərkəzində könüllü olaraq qan veriblər.
Həkim hematoloqlar tərəfindən hər bir donorun sağlamlıq durumu əvvəlcədən müəyyən olunub və hərtərəfli tibbi müayinədən sonra onlardan qan götürülüb. Götürülən qan ehtiyatı yoxlanılaraq talassemiya, hemofiliya, eləcə də leykoz xəstəliyindən əziyyət çəkən uşaqlar üçün istifadə olunacaq.

 

24 Aprel 2020 21:33 - XƏBƏRLƏR
XƏBƏRLƏR
11 Avqust 2021 | 09:08
Neft ucuzlaşıb

Köhnə versiyamızdan xəbərləri izlə