Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Mingəçevirdə qanvermə aksiyası

Məlum olduğu kimi, ölkəmizin Birinci vitse-prezidenti Mehriban xanım Əliyeva qan xəstəliklərindən, xüsusilə də talassemiyadan əziyyət çəkən insanlara kömək məqsədilə təşəbbüs irəli sürüb. 
 Heydər Əliyev Fondu tərəfindən başlanan qanvermə aksiyasına  Mingəçevir Şəhər icra hakimiyyəti də qoşulub. Şəhər icra hakimiyyətinin başçısı İlham İsmayılov da daxil olmaqla  aparatın bütün işçiləri, bələdiyyə, Yeni Azərbaycan  Partiyası Mingəçevir şəhər təşkilatının, Heydər Əliyev Mərkəzinin əməkdaşları, o cümlədən Mingəçevir Dövlət Universitetinin kollektivi bu aksiyada iştirak ediblər. İlk növbədə, qeydiyyatdan keçənlərdən qan alınaraq onların sağlamlığı müəyyənləşdirilib. Mərkəzi  Qan Bankının Mingəçevir bölməsinin müdiri Vüsalə Səfərəliyeva söhbət zamanı bildirdi ki, aksiya zamanı toplanan qan bir sıra xroniki xəstəliklərdən əziyyət çəkən insanlar, o cümlədən talassemiyalı və hemofiliyalı xəstələr üçün nəzərdə tutulub. Həkim onu da əlavə etdi ki, qan vermək insanların özlərinin də sağlamlığı üçün faydalıdır. 

 

İlqar HƏSƏNOV,
“Xalq qəzeti”nin bölgə müxbiri

24 Aprel 2020 21:33 - XƏBƏRLƏR
XƏBƏRLƏR
11 Avqust 2021 | 09:08
Neft ucuzlaşıb

Köhnə versiyamızdan xəbərləri izlə