Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Qubadlı məcburi köçkünlərinin sağlamlıq durumu diqqət mərkəzindədir

Koronavirus pandemiyasının ölkəmizin ərazisində geniş yayılmasının qarşısının alınması üçün tətbiq edilən karantin rejimində məcburi köçkünlərın sağlamlığının qorunması sahəsində ciddi tədbirlər həyata keçirilir. Qubadlı rayonundan olan məcburi köçkünlərin karantin rejimində sağlamlığının qorunması məqsədilə rayon icra hakimiyyəti davamlı tədbirlər həyata keçirir.

Rayon Gigiyena və Epidemiologiya Mərkəzinin və kommunal müəssisələr kombinatının işçiləri tərəfindən əhalinin sıx məskunlaşdığı Sumqayıt şəhərində, 14-cü, 15-ci, 21-ci, 22-ci, 26-cı və 76-cı məhəllələrdə, ümumilikdə, 16 yataqxanada, 4 pansionat və sanatoriyada, rayon icra hakimiyyətinin inzibati binasında, inzibati ərazi dairələri üzrə nümayəndəliklərin, DSMF Qubadlı rayon şöbəsinin, rayon maliyyə şöbəsinin və məşğulluq mərkəzinin, vergilər idarəsinin binalarında, rayon mərkəzi xəstəxanasının poliklinikasında sanitar-dezinfeksiya işləri həyata keçirilmiş, həyətyanı sahələr təmizlənmişdir.
İmkanlı şəxslərin köməyi ilə aztəminatlı, işsiz ailələrə ərzaq yardımları edilmişdir.
Eyni zamanda, ­Qubadlı Rayon İcra Hakimiyyəti nümayəndələri polis şöbəsinin əməkdaşları ilə birgə müəyyən edilmiş ərazilərdə xüsusi karantin rejiminin tələblərinin yerinə yetirilməsinə nəzarət, habelə fərdi izahetmə--xəbərdarlıq işlərinin aparılması məqsədilə yaradılan mobil qruplar məskunlaşma yerlərində öz işlərini davam etdirirlər.
Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın təşəbbüsü ilə talassemiyadan əziyyət çəkən xəstələrə yardım üçün ölkəmizdə könüllü qanvermə aksiyası həyata keçirilir. Qubadlı Rayon İcra Hakimiyyətinin işçiləri də bu aksiyaya qoşularaq aprelin 22-də Milli Hemotologiya və Transfizioligiya Mərkəzi qan bankının Sumqayıt bölməsinə gələrək könüllü qan veriblər. 

 

M.MÜKƏRRƏMOĞLU, 
“Xalq qəzeti”

24 Aprel 2020 21:30 - XƏBƏRLƏR
XƏBƏRLƏR
11 Avqust 2021 | 09:08
Neft ucuzlaşıb

Köhnə versiyamızdan xəbərləri izlə