Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyi elektron satınalma vasitəsilə AÇIQ TENDER ELAN EDİR

Satınalmanın predmeti:

yerli qurumlar üçün dəftərxana və təsərrüfat mallarının satın alınması.

Tender iştirakçılarına təklif edilir ki, dövlət satınalmalarının https//www.etender.gov.az/ vahid internet Portalına (Portal) elektron imzaları vasitəsilə daxil olsunlar və tender haqqında ətraflı məlumatı əldə etsinlər. Müqaviləni yerinə yetirmək üçün tender iştirakçıları lazımi maliyyə və texniki im­kanlara malik olmalıdırlar. Tenderdə iştirak etmək istəyən təşkilatlar müəyyən məbləğdə iştirak haqqını aşağıda göstərilən hesaba köçürdükdən sonra Azərbaycan dilində tərtib olunmuş tenderin əsas şərtlər toplu­sunu dövlət satınalmalarının vahid internet portalı vasitəsilə əldə edə və müsabiqə üçün təkliflərini təqdim edə bilərlər.

Tenderdə iştirak haqqının ödənilməsi üçün satınalan təşkilatın bank rekvizitləri

VÖEN – 1401555071

A1. Emitent (ödəyən) bank:

Adı - Dövlət Xəzinədarlığı Agentliyi

Kod – 210005

M/h - AZ41NABZ 01360100000000003944

S.W.İ.F.T. BİK: CTREAZ22

A2. Ödəyən müştəri-Adı – Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyi

H/h – AZ04CTRE 00000000000008537601

VÖEN – 1504595531

Büdcə təsnifatının kodu – 142330,

Büdcə səviyyəsinin kodu – 7

Tenderdə iştirak haqqı 300 manatdır.

İştirak haqqının ödənilməsi yalnız asan ödəniş vasitəsilə həyata keçirilə bilər. Müsabiqədə iştirak etmək üçün müsabiqəyə daxil olduqdan sonra “asan ödəniş et” düyməsini sıxaraq ödənişi etdikdən sonra müsabiqədə iştirak etmək olar :

İştirak haqqı geri qaytarılmır.

Aqrar Xidmətlər Agentliyi qarşısında yerinə yetirilməmiş və ya lazımi səviyyədə yerinə yetirilməmiş öhdəliyi olan fiziki və hü­quqi şəxslər bu tenderdə iştirak edə bilməzlər.

İddiaçılar tenderdə iştirak hüququnu təsdiqləyən aşağıdakı sənədləri təqdim etməlidirlər:

-tenderdə iştirak haqqının ödənilməsi barədə bank sənədi;

-iddiaçının tam adı, hüquqi statusu, nizamnaməsi, qeydiyyatdan keçdiyi ölkə və rekvizitləri;

-tender təklifi (zərflər açıldığı tarixdən son­ra ən azı 30 bank günü qüvvədə olmalıdır);

-tender təklifi dəyərinin 1faizi həcmində bank təminatı (zərflər açıldığı tarixdən sonra ən azı 60 bank günü qüvvədə olmalıdır, bank təminatının qüvvədə olma müddəti tender təklifinin qüvvədə olma müddətindən ən azı 30 bank günü çox olmalıdır);

-Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə aid yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərin, habelə son bir il ərzində (fəaliyyətini dayandırdığı müddət nəzərə alınmadan) vergi ödəyicisinin Azərbaycan Respublikası Vergi Məcəlləsi ilə müəyyən edilmiş vəzifələrinin yerinə yetirilməməsi hallarının mövcud olmaması haqqında müvafiq vergi orqanından arayış;

-iddiaçının son bir ildəki fəaliyyəti haqqın­da vergi orqanları tərəfindən təsdiq olunmuş maliyyə hesabatının surəti;

-iddiaçının son bir ildəki maliyyə vəziyyəti haqqında bank arayışı;

Malgöndərənlərin (podratçıların) ixti­sas göstəricilərinin qiymətləndirilməsi və müqayisəsi üçün üstünlük veriləcək meyarlar aşağıdakılardır:

- tenderin predmeti üzrə iş təcrübəsinin ol­ması (təsdiqedici sənədlər təqdim edilməklə);

- texniki və maliyyə imkanlarının olması;

- bu sahədə peşəkarlığın olması.

Sənədlər Azərbaycan dilində tərtib olunmalıdır (xarici dildəki tender sənədləri Azərbaycan dilinə tərcümə edilməlidir) İddi­açılar tenderlə bağlı sualları Portal vasitəsilə satınalan təşkilata ünvanlaya bilərlər. Tenderlə əlaqədar istənilən məlumatı almaq üçün aşağıdakı şəxsə müraciət etmək olar.

Əlaqələndirici şəxs- Etibar Əmrahov.

Ünvan- Bakı şəhəri, Nərimanov rayonu, Nəcəf Nərimanov küçəsi 7 A. Telefon-(055) 678-45-73; Faks- (012) 562-85-57 .

E- mail: [email protected] Tender proseduru “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun keçiriləcəkdir.

İddiaçılar tenderdə iştirak etmək üçün ixtisas göstəricilərinə dair sənədləri 14 may 2020-ci il tarixinə saat 14.00-a qədər və tender təklifi ilə bank təminatı sənədlərini 22 may 2020-ci il saat 18.00-a qədər PORTAL VASİTƏSİLƏ təqdim etməlidirlər.

İddiaçıların təklifləri 27 may 2020-ci il saat 14.00 -da açılacaqdır. Təkliflərin açılışı dövlət satınalmalarının vahid internet porta­lında aparılacaqdır.

QEYD-tenderdə iştirak, tenderin qiymətləndirilməsi və digər bütün prosedurlar yalnız elektron qaydada PORTAL vasitəsilə aparılır.

Tender komissiyası

24 Aprel 2020 00:19 - REKLAM VƏ ELAN
REKLAM VƏ ELAN
21 Oktyabr 2021 | 02:09
BİLDİRİŞ
21 Oktyabr 2021 | 02:09
ELAN

Köhnə versiyamızdan xəbərləri izlə