Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Göygöl Rayon İcra Hakimiyyəti Başçısının Göygöl Şəhər İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyi 2020-ci ildə Göygöl şəhərində yolların əsaslı təmiri işlərinin aparılmasının satın alınması məqsədilə AÇIQ TENDER ELAN EDİR

Tender iştirakçılarına təklif olunur ki, “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikasının Qanunu­na uyğun göstərilən lot üzrə təkliflərini möhürlənib imzalanmış, ikiqat bağlama­da yazılı təqdim etsinlər.

Təkliflərin qiymətləndirilməsində aşağıdakı meyarlara üstünlük veriləcəkdir:

- aşağı qiymət, yüksək keyfiyyət , müqavilənin vaxtında yerinə yetirilməsi, analoji işlərdə təcrübəsi və maliyyə vəziyyəti .

Müqavilənin vaxtında yerinə yetirilməsi üçün tender iştirakçıları lazı­mi texniki və maliyyə imkanlarına malik olmalıdırlar.

Tenderlə əlaqədar məlumat almaq üçün maraqlananlar tender komissiya­sına müraciət edə bilərlər.

Ünvan-Göygöl şəhəri, S.Hacıyev küçəsi 42.

Əlaqələndirici şəxs- Allahverdiyeva Fəridə Mail qızı.

Telefon- 022-205-23-69.

Maraqlananlar əsas şərtlər toplusu­nu aşağıdakı məbləğdə iştirak haqqını köçürdükdən sonra yuxarıdakı ünvan­dan ala bilərlər.

İştirak haqqı 300 manatdır.

İddiaçılar iştirak haqqını aşağıdakı hesaba köçürməlidirlər:

- Göygöl Rayon İcra Hakimiyyəti Başçısının Göygöl Şəhər İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyi

Hh- AZ30AİİB 32051019448300201183

VÖEN -7600031051

Bank- “Kapital Bank”ın Göygöl filialı

Kod- 200833

M/h- AZ37NABZ 01350100000000001944

VÖEN-990003611

SWİFT- AİİBAZ2X

İştirak haqqı heç bir halda geri qaytarılmır.

İddiaçılar tenderdə iştirak üçün aşa­ğıdakı sənədləri təqdim etməlidirlər:

- tenderdə iştirak etmək üçün yazılı müraciət ;

- iştirak haqqının ödənilməsi barədə bank sənədi;

- iddiaçının tam adı, hüquqi statusu, qeydiyyatdan keçdiyi ölkə və rekvizitləri;

- iddiaçının son bir ildəki maliyyə vəziyyəti haqqında məlumat ;

- işləri yerinə yetirmək üçün potensi­al imkanları haqqında məlumat ;

- vergilərə və digər icbari ödənişlərə aid borcların olub- olmaması barədə arayış;

- tender təkliflərinin təminatı (zərflərin açıldığı tarixdən sonra ən azı 30 bank günü qüvvədə olmalıdır);

- tender təklifi qiymətinin 1 faizi həcmində bank zəmanəti (zərflərin açıl­dığı gündən sonra ən azı 60 bank günü qüvvədə olmalıdır) ;

İddiaçılar tələb olunan sənədləri 8 may 2020-ci il saat 17.00-dək Göygöl RİHB-in Şəhər üzrə Nümayəndəliyinə təqdim etməlidirlər.

İddiaçılar tender təklifi və bank zəmanətini 19 may 2020-ci il saat 17.00-dək təqdim etməlidirlər.

Tender zərfləri 20 may 2020-ci il saat 11.00-da Göygöl RİHB-in Göy­göl Şəhər İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyində açılacaqdır.

İddiaçıların səlahiyyətli nümayəndələri iştirak edə bilərlər.

 

 

18 Aprel 2020 02:36 - REKLAM VƏ ELAN
REKLAM VƏ ELAN
21 Oktyabr 2021 | 02:09
BİLDİRİŞ
21 Oktyabr 2021 | 02:09
ELAN

Köhnə versiyamızdan xəbərləri izlə