Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Göygöl Rayon Mənzil–Kommunal Təsərrüfatı İstehsalat Birliyi 2020-ci ildə rayonun Mənzil-Kommunal Təsərrüfatı İstehsalat Birliyinin balansındakı kommunal yaşayış evlərində əsaslı təmir işlərinin aparılmasının satın alınması məqsədilə AÇIQ TENDER ELAN EDİR

Tender iştirakçılarına təklif olunur ki, “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikasının Qa­nununa uyğun göstərilən lot üzrə təkliflərini möhürlənib imzalanmış, iki­qat bağlamada yazılı təqdim etsinlər.

Təkliflərin qiymətləndirilməsində aşağıdakı meyarlara üstünlük veriləcəkdir:

- aşağı qiymət, yüksək keyfiyyət, müqavilənin vaxtında yerinə yetirilməsi , analoji işlərdə təcrübəsi və maliyyə vəziyyəti .

Müqavilənin vaxtında yerinə yetirilməsi üçün tender iştirakçıları lazımi texniki və maliyyə imkanlarına malik olmalıdırlar.

Tenderlə əlaqədar məlumat almaq üçün maraqlananlar tender komissi­yasına müraciət edə bilərlər.

Ünvan-Göygöl şəhəri, H.Əliyev prospekti 135.

Əlaqələndirici şəxs- Ağayev Yusif Şəmil oğlu.

Telefon -022-205-22-54.

Maraqlananlar əsas şərtlər top­lusunu aşağıdakı məbləğdə iştirak haqqını köçürdükdən sonra yuxarıda­kı ünvandan ala bilərlər.

İştirak haqqı 100 manatdır.

İddiaçılar iştirak haqqını aşağıdakı hesaba köçürməlidirlər:

Təşkilat-Göygöl Rayon Mənzil-Kommunal Təsərrüfatı İstehsalat Birliyi

Hh-AZ04AİİB 33010019448300204183

VÖEN -7600062111

Bank-“Kapital bank”ın Göygöl filialı

Kod - 200833

M/ h-AZ37NABZ01350100000000001944

VÖEN- 990003611

SWİFT- AİİBAZ2X

İştirak haqqı heç bir halda geri qaytarılmır.

İddiaçılar tenderdə iştirak üçün aşağıdakı sənədləri təqdim etməlidirlər:

- tenderdə iştirak etmək üçün yazılı müraciət ;

- iştirak haqqının ödənilməsi barədə bank sənədi;

- iddiaçının tam adı, hüquqi sta­tusu, qeydiyyatdan keçdiyi ölkə və rekvizitləri;

iddiaçının son bir ildəki maliyyə vəziyyəti haqqında məlumat ;

- işləri yerinə yetirmək üçün poten­sial imkanları haqqında məlumat ;

- vergilərə və digər icbari ödənişlərə aid borcların olub-olma­ması barədə arayış;

- tender təkliflərinin təminatı (zərflərin açıldığı tarixdən sonra ən azı 30 bank günü qüvvədə olmalıdır).

- tender təklifi qiymətinin 1 faizi həcmində bank zəmanəti (zərflərin açıldığı gündən sonra ən azı 60 bank günü qüvvədə olmalıdır) .

İddiaçılar tələb olunan sənədləri 8 may 2020-ci il saat 11.00-dək Göygöl RİHB-in Şəhər üzrə Nümayəndəliyinə təqdim etməlidirlər.

İddiaçılar tender təklifi və bank zəmanətini 19 may 2020-ci il saat 17-00-dək təqdim etməlidirlər.

Tender zərfləri 20 may 2020-ci il saat 11.00-da Göygöl Rayon Mənzil- Kommunal Təsərrüfatı İstehsalat Birliyində açılacaqdır.

İddiaçıların səlahiyyətli nümayəndələri iştirak edə bilərlər.

 

 

18 Aprel 2020 02:34 - REKLAM VƏ ELAN
REKLAM VƏ ELAN
21 Oktyabr 2021 | 02:09
BİLDİRİŞ
21 Oktyabr 2021 | 02:09
ELAN

Köhnə versiyamızdan xəbərləri izlə