Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

“Liatris Holding”in rəhbərliyi Tovuza – 250 ailəyə yardım göndərib

“Tovuzlu iş adamlarına çağırışımızı dəstəkləyərək Tovuz rayonunda koronavirus pandemiyasi səbəbindən maddi vəziyyəti çətinləşən 250-ə yaxın ailəyə yardım aparan “Liatris Holding”in rəhbəri, həmyerlimiz əziz Ruhi xanıma təşəkkürümü bildirirəm. Bu yardımın aparılması üçün əlimizdən gələn dəstəyi əsirgəmədik və indiyə qədər olduğu kimi bundan sonra da insanlarımıza dəstək olan hər bir xeyirxah təşəbbüsə dəstəyimizi əsirgəməyəcəyik. Eyni zamanda bu günə qədər Tovuzda pandemiya səbəbindən çətin vəziyyətə düşən ailələrimizə dəstək olan hər bir insanımıza, qurum və təşkilatlarımıza dərin təşəkkürümü bildirirəm”.-- Bu fikirləri Milli Məclisin deputatı Qənirə Paşayeva sosial şəbəkədəki paylaşımında yazıb.

Deputat yazır: ”Hər gün icra qurumlarımızla, onlarla sakinimizlə, pandemiya səbəbindən çətin vəziyyətə düşən ailələrimizlə danışıram, görüntülü müzakirə aparırıq və bütün gücümüzlə dəstək olmağa çalışırıq. İmkanları yaxşı olan bir sıra həmyerlilərimizə çağırış edərək, onları çətin vəziyyətə düşən ailələrimizə dəstəklə bağlı daha da fəal olmağa, birbaşa sakinlərimizin özlərinə və ya rəsmi təşkilatlarımızın nümayəndələri ilə birlikdə insanlarımıza bu yardımlarını çatdırmağa çağırırıq. Bir deputat kimi və rəhbərlik etdiyim “Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutu” İB olaraq da əlimizdən gələn dəstəyi edirik. Pandemiya başlayan zamandan bu günə qədər hansı rayonumuza dəstək olmasından asılı olmayaraq, pandemiya səbəbindən çətin vəziyyətə düşən insanlarımıza dəstək olaraq dövlətimizin yanında olan bütün insanlara təşəkkür edirəm. Allah razı olsun!

Heydər Əliyev Fondunun bu istiqamətdə aktiv fəaliyyəti hamımız üçün ən gözəl örnəkdir! Cənab Prezidentimizə bütün dünyada ciddi böhran yaradan pandemiya səbəbindən çətin vəziyyətə düşən ailələrə dəstəklə bağlı verdiyi sərəncamlara, tapşırıqlara, həyata keçirilən işlərə görə təşəkkürümüzü bildirirəm. Hər bir imkanı çatan insan bu addımlardan örnək alaraq belə ailələrə dəstək göstərməklə, Ali Baş Komandanımızın ətrafında Dövlətimiz və Xalqımız üçün birliyimizi daha da artırdığımızı nümayiş etdirir. Cənab Prezidentimizin də vurğuladığı kimi #Bizbirlikdəgüclüyük!”

Z.BƏŞİRQIZI,
“Xalq qəzeti”

17 Aprel 2020 13:00 - CƏMİYYƏT
CƏMİYYƏT

Köhnə versiyamızdan xəbərləri izlə