Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Daxili Qoşunların Baş İdarəsi 2020-ci il üçün qazanxana avadanlıqlarına, elektrik generatorlarına, kondisionerlərə, su nasoslarına, elektrik tənzimləyicilərinə texniki qulluqların göstərilməsi və təmiri, həmçinin generatorların yağ və filtrlərinin dəyişdirilməsi xidmətlərinin satın alınması məqsədilə AÇIQ TENDER ELAN EDİR

İddiaçılar öz tender təkliflərini bütün zəruri vergi və rüsumlar nəzərə alın­maqla hesablamalıdırlar. Təkliflərin qiymətləndirilməsində malların (xidmətlərin və ya işlərin) keyfiyyəti olma­sı nəzərə alınmaqla ən aşağı qiymətə, əsas şərtlər toplusunda göstərilən meyar­lar və texniki xüsusiyyətlərə uyğun hazır­lanmış ən sərfəli tender təklifinə üstünlük veriləcəkdir.

Tender iştirakçılarına təklif edilir ki, dövlət satınalmalarının https://www. etender.gov.az/ vahid internet portalı­na (portal) elektron imzaları vasitəsilə daxil olsunlar və tender haqqında ətraflı məlumatı əldə etsinlər. İddiaçı qismində ixtisaslı işçi heyətinə malik mikro, kiçik və orta sahibkarlıq subyektləri açıq tenderdə iştirak edə bilərlər. Müqaviləni yerinə yetirmək üçün tender iştirakçıları lazımi maliyyə və texniki imkanlara malik olmalıdırlar.

Tenderdə iştirak etmək istəyən təşkilatlar 250 manat məbləğdə iştirak haqqını aşağıda göstərilən hesaba köçürdükdən sonra Azərbaycan dilində tərtib olunmuş tenderin əsas şərtlər toplusunu dövlət satınalmalarının vahid internet portalı vasitəsilə əldə edə və müsabiqə üçün təkliflərini təqdim edə bilərlər.

B1. Benefisiar (alan) bank

Adı - Dövlət Xəzinədarlığı Agentliyi

Kod – 210005

VÖEN – 1401555071

M/h - AZ41NABZ 01360100000000003944

SWIFT BIK CTREAZ22

B2. Vəsaiti alan müştəri (benefisiar)

Adı – DİN-in Daxili Qoşunlarının Baş İdarəsi

H/h - AZ44CTRE 00000000000002458570

VÖEN – 1500426471

D3. Büdcə təsnifatının kodu – 142330

D4. Büdcə səviyyəsinin kodu – 7

İştirak haqqı heç bir halda geri qaytarılmır.

İddiaçılar tenderdə iştirak üçün aşa­ğıdakı sənədləri təqdim etməlidirlər:

- tenderdə iştirak etmək üçün yazılı müraciət (müraciətdə müəssisənin adı, yerləşdiyi ünvanı, poçt indeksi, bank rekvizitləri, telefon nömrələri, rəhbərinin adı, soyadı göstərilməklə, möhürlənib imzalanmış olmalıdır);

- iştirak haqqının ödənilməsi barədə bank sənədi (əsli);

- tender təklifi (tender proseduru keçirildiyi tarixdən sonra ən azı 30 bank günü qüvvədə olmalıdır);

- tender təklifi dəyərinin 1 fai­zi həcmində (təklifin təminatı) bank təminatı (zərflərin açıldığı tarixdən sonra ən azı 60 bank günü müddətində qüvvədə olmalıdır). Bank təminatını təqdim etməyən iddiaçının tender təklifi etibarsız sayılır və tenderdən kənarlaşdırılır;

- Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə aid yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərin olmaması haqqında arayış;

- iddiaçının son bir ildəki (əgər daha az müddətdə fəaliyyət göstərirsə, bütün fəaliyyəti müddətində) maliyyə vəziyyəti haqqında bank arayışı;

- iddiaçının son bir ildəki fəaliyyəti haqqında vergi orqanları tərəfindən təsdiq olunmuş maliyyə hesabatlarının surəti;

- analoji işlərdə təcrübəsi, iddiaçı­nın potensial texniki və kadr imkanları haqqında rəsmi məlumat (tələb olunan malların xidmətlərin və ya işlərin satına­lınması üzrə təcrübəsi, ixtisaslı kadr və texniki imkanları, işçi qüvvəsinin olması barədə məlumatları malgöndərən (pod­ratçı) uçotdakı vergi orqanından alır);

- iddiaçının tam adı, hüquqi statusu, nizamnaməsi, qeydiyyatdan keçdiyi ölkə və rekvizitləri (notariusdan təsdiq edilmiş surəti);

- tender təklifini və satınalma müqaviləsini imzalamaq səlahiyyətinə malik olan şəxsin səlahiyyətlərini təsdiq edən sənəd;

- malgöndərən (podratçı) satınalma prosedurlarının başlanmasından əvvəlki 5 il ərzində özlərinin cinayətə görə məhkum olunmaması, yaxud onların müvafiq peşə fəaliyyətləri ilə məşğul ol­masının məhkəmə qaydasında qadağan edilməməsi barədə məlumatlar;

- iddiaçının mikro, kiçik, orta və iri sahibkarlıq subyektlərinə aid olması ilə bağlı müvafiq orqanlardan sənəd.

Sənədlər Azərbaycan dilində tərtib olunmalıdır.

Tender proseduru “Dövlət satınalmala­rı haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun keçiriləcəkdir. İddiaçılar tenderdə iştirak üçün ixtisas göstəricilərinə aid sənədləri 8 may 2020-ci il saat 16.00-a və tender təklifi ilə bank təminatı sənədlərini isə 19 may 2020-ci il saat 12.00-a qədər portal vasitəsilə təqdim etməlidirlər. İddiaçıların tender təklifləri 20 may 2020-ci il saat 16.00-da dövlət satınalmalarının vahid internet portalında açılacaqdır. İddiaçılar açılışın nəticələrilə portal vasitəsilə tanış ola bilərlər.

QEYD - tenderdə iştirak, tenderin qiymətləndirilməsi və digər bütün pro­sedurlar yalnız elektron qaydada portal vasitəsilə aparılır.

17 Aprel 2020 01:03 - REKLAM VƏ ELAN
REKLAM VƏ ELAN
21 Oktyabr 2021 | 02:09
BİLDİRİŞ
21 Oktyabr 2021 | 02:09
ELAN

Köhnə versiyamızdan xəbərləri izlə