Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi təqdimatların keçirilməsi və səyyar xidmətin göstərilməsi üçün informasiya texnologiyaları avadanlıqlarının və lisenziyaların satın alınması ilə əlaqədar AÇIQ TENDER ELAN EDİR

Lot -1. Təqdimatların keçirilməsi və səyyar xidmətin göstərilməsi üçün informasiya texnologiya­ları avadanlıqlarının və lisenziyaların satın alınması.

Tender iştirakçılarına təklif edilir ki, dövlət satınalmalarının https://www.etender.gov.az/ vahid in­ternet portalına (portal) elektron imzaları vasitəsilə daxil olsunlar və tender haqqında ətraflı məlumatı əldə etsinlər. Müqaviləni yerinə yetirmək üçün ten­der iştirakçıları lazımi maliyyə və texniki imkanlara malik olmalıdırlar. İddiaçılar öz tender təkliflərində bütün vergi və rüsumları, eləcə də digər xərcləri nəzərə almalıdırlar. Tenderdə iştirak etmək istəyən təşkilatlar tender üçün müəyyən edilən məbləğdə iştirak haqqını göstərilən hesaba köçürdükdən sonra müsabiqə təkliflərini portal vasitəsilə təqdim edə bilərlər.

Əlaqələndirici şəxs – Rəşad İsmibəyli, telefon - (+99412)(498-89-14)(1020),e mail: reshad.ismibay­[email protected]

• İştirak haqqı 800 manatdır.

Tenderdə iştirak haqqının ödənilməsi üçün satınalan təşkilatın bank rekvizitləri:

• Təşkilat-Kənd Təsərrüfatı Nazirliyi

• VÖEN- 1700069791 (Kənd Təsərrüfatı Nazirliyi)

• Hh- AZ94CTRE00000000000002188301 (AZN) (mərkəzi aparat)

• VÖEN- 1401555071 (Dövlət Xəzinədarlığı Agentliyi)

• Bank-Dövlət Xəzinədarlığı Agentliyi

• Büdcə səviyyəsi kodu- 7

• Büdcə təsnifatı kodu-142330

• Kod-210005

• Mh- AZ41NABZ01360100000000003944

• S.W.I.F.T. Code: CRTEAZ22

İştirak haqqı heç bir halda geri qaytarılmır.

İddiaçılar tenderdə iştirak üçün aşağıdakı sənədləri təqdim etməlidirlər:

- tenderdə iştirak etmək üçün yazılı müraciət;

- tenderdə iştirak haqqının ödənilməsi barədə bank sənədi;

- tender təklifi (zərflərin açıldığı tarixdən sonra ən azı 30 bank günü qüvvədə olmalıdır);

- tender təklifi dəyərinin 1 faizi həcmində bank təminatı (zərflərin açıldığı tarixdən sonra ən azı 60 bank günü qüvvədə olmalıdır və ya tender təklifinin qüvvədə olma müddətindən 30 bank günü çox);

- vergilərə və digər icbari ödənişlərə aid yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərin olmaması haq­qında arayış;

- son bir il ərzində (fəaliyyətini dayandırdı­ğı müddət nəzərə alınmadan) vergi ödəyicisinin Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş vəzifələrinin yerinə yetirilməməsi hallarının mövcud olmaması;

- iddiaçıların fəaliyyəti haqqında vergi orqanla­rı tərəfindən təsdiq olunmuş maliyyə hesabatının surəti;

- iddiaçının son bir ildəki maliyyə vəziyyəti haq­qında bank arayışı;

- iddiaçının tam hüqui adı, statusu, nizamnaməsi, qeydiyyatdan keçdiyi ölkə və rekvizitləri;

- iddiaçıların müvafiq mallar üzrə mənşə və uyğunluq sertifikatları.

Sənədlər Azərbaycan dilində tərtib olunma­lıdır (xarici dildəki tender sənədləri Azərbaycan dilinə tərcümə edilməlidir). İddiaçılar tenderlə bağlı sualları Portal vasitəsilə satınalan təşkilata ünvan­laya bilərlər.Tender proseduru “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun keçiriləcəkdir. İddiaçılar tenderdə iştirak üçün ixtisas göstəricilərinə aid sənədləri 13 may 2020- ci il saat 18.00-a və tender təklifi ilə bank təminatı sənədlərini isə 21 may 2020-ci il saat 18.00-a qədər portal vasitəsilə təqdim etməlidirlər. İddiaçıların təklifləri 22 may 2020-ci il saat 11.00-da açılacaqdır. İddiaçılar açılışın nəticələrilə portal vasitəsilə tanış ola bilərlər.

QEYD-tenderdə iştirak, tenderin qiymətləndirilməsi və digər bütün prosedurlar yalnız elektron qaydada portal vasitəsilə aparılır.

 

 

17 Aprel 2020 01:02 - REKLAM VƏ ELAN
REKLAM VƏ ELAN
2 Dekabr 2021 | 08:06
ELAN
2 Dekabr 2021 | 07:57
BİLDİRİŞ
2 Dekabr 2021 | 07:56
BİLDİRİŞ
2 Dekabr 2021 | 07:56
BİLDİRİŞ
2 Dekabr 2021 | 07:55
BİLDİRİŞ

Köhnə versiyamızdan xəbərləri izlə