Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Son on gündə e-sosial.az portalına 17,5 milyon baxış olub

Pensiya, müavinət, təqaüd, digər sosial ödənişlər, məşğulluq, əlillik və əmək münasibətləri üzrə sosial məlumatlara və bu sahələr üzrə elektron xidmətlərə çıxış imkanı yaradan e-sosial.az portalına son 10 gündə 17,5 milyon baxış qeydə alınıb.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin sosial.gov.az saytına baxış sayı da son 10 gündə 6,3 milyon olub.

Nazirliyin 142-Çağrı Mərkəzi də gücləndirilmiş iş rejimində çalışır. Son 10 gündə Çağrı Mərkəzinə 58 min zəng daxil olub.  Sosial dəstək tədbirləri, habelə əmək, məşğulluq, sosial təminat, tibbi-sosial reabilitasiya və s. ilə bağlı vətəndaş müraciətləri cavablandırılıb.

 

Z.BƏŞİRQIZI, “Xalq qəzeti”

12 Aprel 2020 20:30 - XƏBƏRLƏR
XƏBƏRLƏR
11 Avqust 2021 | 09:08
Neft ucuzlaşıb

Köhnə versiyamızdan xəbərləri izlə