Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Pensiyaların məbləği bu ilin ilk rübündə 12,3 faiz artıb

2020-ci ilin 1 aprel tarixinə əmək pensiyalarının orta aylıq məbləğibu ilin əvvəli ilə müqayisədə 12,3 faiz və ya 32,3 manat, ötən ilin müvafiq dövrü ilə müqayisədə isə27,8 faiz və ya64,42 manat artaraq 300 manata yaxın olub.

Yaşa görə pensiyaların orta aylıq məbləği isə 327,1 manat təşkil edib.

Ölkəmizdə pensiya alanların sayı 1 milyon 270 minnəfərdir ki, bu da ölkə əhalisinin 12.6faizini təşkil edir.

Qeyd edək ki, pensiyaçıların 58,4 faizi yaşa, 11,4 faizi ailə başçısını itirməyə, qalanları isə əlilliyə görə pensiya alanlardır.

 

Z.BƏŞİRQIZI, “Xalq qəzeti”

12 Aprel 2020 20:15 - XƏBƏRLƏR
XƏBƏRLƏR
11 Avqust 2021 | 09:08
Neft ucuzlaşıb

Köhnə versiyamızdan xəbərləri izlə