Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Sənətə dəstək ol, yaradıcılığı yaşat

Milli Məclisin Mədəniyyət komitəsi Mədəniyyət Nazirliyinin və Kreativ Azərbaycan Portalının (www.creative.az) irəli sürdüyü “Sənətə dəstək ol” adlı təşəbbüsünə dəstək verib. Mədəniyyət Komitəsinin sədri Qənirə Paşayeva bununla bağlı sosial media hesablarından cəmiyyətə çağırış edib:

“Hörmətli izləyicilər, sizi Milli Məclisin Mədəniyyət Komitəsi olaraq dəstəyə çağırırıq! Sizi də Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin və Kreativ Azərbaycan Portalının (www.creative.az) “Sənətə dəstək ol” adlı gözəl təşəbbüsünə qoşulmağa dəvət edirik!
Təşəbbüs çərçivəsində koronavirusla bağlı çətin maddi vəziyyətə düşən yaradıcı insanların əl işlərini, rəsmlərini alaraq, onlara dəstək olmaq imkanı əldə edəcəksiniz. Alınan əsərlər sizə “Azəri Ekspress” şirkətinin dəstəyi ilə çatdırılacaqdır.

Əsərləri alanlara həmçinin virusla bağlı məhdudiyyətlər müddəti bitdikdən sonra Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi tərəfindən xüsusi təşəkkür diplomu da təqdim olunacaqdır.
Əsərlər satış məqsədilə “Kreativ Azərbaycan” Facebook səhifəsində yerləşdiriləcəkdir. Bu təşəbbüsə Milli Məclisin Mədəniyyət komitəsi də böyük məmnuniyyətlə qoşulur.
Ətraflı məlumat üçün bu səhifəyə diqqət etməyiniz yetərlidir: https://m.facebook.com/story.php?story_fbid=154085439407875&id=100378698111883
#SənətəDəstəkOl #YaradiciligiYashat #CreativeAz #SayNoToCovid”

 

Z.BƏŞİRQIZI, “Xalq qəzeti”

12 Aprel 2020 20:00 - XƏBƏRLƏR
XƏBƏRLƏR
11 Avqust 2021 | 09:08
Neft ucuzlaşıb

Köhnə versiyamızdan xəbərləri izlə