Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Şirkət Azərbaycanın neft-kimya sənayesində fəaliyyətini genişləndirmək istəyir

Almaniyanın BASF şirkəti Azərbaycanın neft-kimya sənayesində biznesini genişləndirmək niyyətindədir.

Bunu “BASF Azerbaijan” MMC-nin icraçı direktoru Tolqa Baysinop deyib. O bildirib ki, şirkət bu sahədə öz fəaliyyətini genişləndirməklə qeyri-neft sektorunun inkişafında rol oynayacaq: “Qeyri-neft sektoru üçün əlçatan və yüksək keyfiyyətli xammal yekun məhsul istehsalı üçün vacib amildir. BASF qida sənayesi, əczaçılıq, tekstil, avtomobilqayırma üçün məhsul tədarük etməyi planlaşdırır. Bu sahələr son illərdə mühüm investisiyalar cəlb edib”.

T.Baysinop qeyd edib ki, hazırda BASF Azərbaycanda kənd təsərrüfatı və neft-kimya sahələrində müştərilərlə müqavilələrə malikdir:

“Bu sahələr son illərdə ciddi inkişaf edib. BASF kənd təsərrüfatı sahəsində dərin təcrübəyə malikdir. Şirkət məhsul istehsalı sahəsində təcrübələrə malik olmaqla yanaşı, həm də fermerlərə məhsuldarlığın artırılmasını təmin etməyə kömək göstərir. Biz Azərbaycan fermerlərinə bu təcrübəni təqdim etdiyimiz üçün məmnunuq”.

Şirkətin aşağı neft qiymətləri şəraitində əməliyyatları barədə danışan T.Baysinop deyib ki, BASF 2020-ci il üçün “Brent” markalı neftin bir barelinin orta qiymətini 60 dollar məbləğində proqnozlaşdırır.

V. BAYRAMOV,

“Xalq qəzeti”

12 Aprel 2020 19:00 - XƏBƏRLƏR
XƏBƏRLƏR
11 Avqust 2021 | 09:08
Neft ucuzlaşıb

Köhnə versiyamızdan xəbərləri izlə