Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Azərbaycanda hər birində 200 çarpayı olan modul tipli xəstəxanaların tikintisinə başlanılıb

Tikinti işləri Prezident İlham Əliyevin aprelin 7-də koronavirus pandemiyası ilə mübarizənin gücləndirilməsi sahəsində əlavə tədbirlər haqqında imzaladığı sərəncam əsasında icra olunur.

Sərəncama əsasən, ölkədə həyata keçirilən səhiyyə tədbirləri çərçivəsində tibb müəssisələrinə və tibbi avadanlığa artan tələbatın qarşılanması və infeksiyaya yoluxmuş xəstələrin müalicəsinin səmərəli təşkili məqsədilə Baıda Cəlil Məmmədquluzadə və Hənifə Ələsgərov küçələrinin kəsişməsində modul tipli xəstəxanalardan birinin tikintisinə başlanılıb.

Xatırladaq ki, ölkə başçısının imzaladığı sərəncama əsasən, hər birində 200 çarpayı olan modul tipli altı xəstəxana quraşdırılacaq.

V. BAYRAMOV,

“Xalq qəzeti”

12 Aprel 2020 18:15 - XƏBƏRLƏR
XƏBƏRLƏR
11 Avqust 2021 | 09:08
Neft ucuzlaşıb

Köhnə versiyamızdan xəbərləri izlə