Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Sahibkar ailələrə 13 min cücə paylayıb

Ucar rayonundan olan sahibkar Asif Nuriyev xeyirxah addım ataraq, rayon mərkəzində, Alpod və Qazıqumlaq kəndlərində aztəminatlı ailələrə fərdi təsərrüfatlarında bəsləmək üçün 13 min cücə paylayıb.

Sahibkarın bu addımı ölkəmizdə tətbiq olunan karantin rejimi dövründə aztəminatlı ailələrə öz təsərrüfatlarını qurmağa və əlavə gəlir əldə etməyə imkan yaradır.

Sakinlər bu çətin günlərdə göstərdiyi xeyirxahlığa görə sahibkara razılıq ediblər.

Qeyd edək ki, Ucar şəhər sakini Asif Nuriyev cücə istehsalı müəssisəsinin sahibidir.

V. BAYRAMOV,

“Xalq qəzeti”

12 Aprel 2020 17:30 - XƏBƏRLƏR
XƏBƏRLƏR
11 Avqust 2021 | 09:08
Neft ucuzlaşıb

Köhnə versiyamızdan xəbərləri izlə