Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

ABŞ-da genişmiqyaslı fəlakət rejimi elan olundu

ABŞ Prezidenti Donald Tramp Vayominq ştatında genişmiqyaslı fəlakət rejimi elan edib.


Bu barədə Ağ Evin nümayəndəsi Djadd Dir bildirib. Onun sözlərinə görə, bununla da ölkə tarixində ilk dəfə olaraq bütün ştatlarda fövqəladə rejim elan olunub.

"Tarixdə ilk dəfə Prezident eyni vaxtda 50 ştatda genişmiqyaslı fəlakət rejimi elan edir", - deyə o, " Twitter"də yazıb.

Qeyd edək ki, Tramp bu il fevralın 15-də və martın 13-də fövqəladə vəziyyət elan etsə də, bu, bütün ştatları əhatə etməyib.

Cons Hopkins Universitetinin son məlumatına görə, ABŞ-da koronavirusa 519 min 453-dən çox yoluxma qeydə alınıb, 20 071 nəfər bu xəstəlikdən ölüb.

M.HACIXANLI,

“Xalq qəzeti”

 

12 Aprel 2020 15:30 - XƏBƏRLƏR
XƏBƏRLƏR
11 Avqust 2021 | 09:08
Neft ucuzlaşıb

Köhnə versiyamızdan xəbərləri izlə